1 ... 12 13 14 15 16 17 18 19 ... 33

III.2.3.1.Müsbət sanksiyalar - Caббaр Mяммядов

səhifə16/33
tarix21.10.2017
ölçüsü3.53 Mb.

III.2.3.1.Müsbət sanksiyalar

Müsbət sanksiya dedikdə burada tərəf-müqabilin şirnikləndirilməsi və ya hər hansı formadasa dəstəklənməsi nəzərdə tutulur. Bu kateqoriyaya qismən aiddir: ona qarşı həmişə hörmətcil, mehriban, gülərüz, diqqətcil və qayğıkeş olmaq; Onun hisslərinə, mənliyinə, rəyinə, irqi, irsi, dini, milli və s. heysiyyatına, adətlərinə və s. hörmət göstərmək; dərdinə şərik olmaq; problemlərində kömək göstərmək; onunla öz aranızda olan ümumi cəhətləri tapmaq, bunları qabarıqlaşdırmaq; üstünlüklərini qabartmaq, vaxtaşırı bunları tərifləmək; eyiblərini, qüsurlarını görməməzliyə vurmaq; ona hədiyyələr vermək; bayramlarını təbrik etmək; arzularını, istəklərini, ad gününü və s. yadda saxlamaqla sonradan onda xoş təəssürat oyatmaq; istədiyi adamla qovuşmasına, arzularının reallaşmasına və s. kömək göstərmək; hər rəftarla ona əhəmiyyətlilik şüuru aşılamaq; ona etibar, etimad etmək; qabiliyyətləri haqqında yüksək fikir söyləmək; münasibətlərdə pərt olmasına imkan verməmək; onunla diskussiyalarda istinad kimi obyektiv kriteriyalara əsaslanmaq; nəticəni qarşılıqlı kompromis və ya şəxsi güzəşt yolu ilə həll etməyə cəhd göstərmək; nitqdə ‘‘sən’’

(

‘‘siz’’

)

əvəzliyini daha çox işlətmək və s; eləcə də, kollektiv

(

qrup

)

yanında nüfuz qazanmasına kömək göstərmək, bunun üçün vaxtaşırı lehinə təbliğat aparıb, haqqında müsbət rəy formalaşdırmaq; kollektivin

(

qrupun

)

mənafeyinə uyğun hərəkət və sözlərini qabarıqlaşdırmaq, mənafeyinə əks olanlarını ört-basdır etmək, rasionallaşdırmaq; mübahisələrdə tərəfini saxlamaq, haqlı çıxarmaq; kollektivin taleyi ilə bağlı müzakirələrdə onun da iştirak etməsinə çalışmaq; onda olmayan müsbət cəhətləri, başqalarının müsbət xidmətlərini də, onun adına yazmaq; eyiblərini bəraətləndirmək; onunla dost olan hər bir kəsə də hörmət göstərmək; və s. Bundan əlavə, onun «reytinq şkalasında»kı yerinin, yəni cəmiyyətdə sosial statusunun yüksəlməsi istiqamətində iş aparılır. Bunun üçün, onun qabiliyyətləri, bacarığı, unikal xüsusiyyətləri, perspektivləri, uğurları, təbliğat hədəfi olan tərəflə arasında olan müştərək cəhətləri seçilib qabardılır, əks tərəflər hər vəchlə gizlədilir. Uğursuzluqlarına, problemlərinə haqq qazandırılır, bunlar adi hal kimi təqdim edilib adiləşdirilir. Kütlə nümayəndələrinin, müxtəlif avtoritetlərin onun barəsində olan az-çox müsbət fikirləri tapılıb geniş reklam etdirilir, xüsusi vurğulandırılır. Bu, böyük əksəriyyətin mövqeyi kimi yozulur. Müvafiq halda bu məqsədlə saxta, əsassız, mənbəsiz informasiyalardan istifadə olunur və ümumiyyətcə, dövriyyədə onun mənafeyinə uyğun istənilən forma və məzmunda mütəmadi olaraq saxta informasiyalar yayılır. Fəaliyyətinə hər cür şərait yaradılır, o cümlədən, maliyyə, tribuna və s. baxımından. Nümunə üçün, məs., idarədə rəhbərin işçiləri stimullaşdırması kimi məsələlərdə: öz əməkdaşlarının real nailiyyətləri barədə professional ictimaiyyətin məlumatlandırılması

(

məs., layihənin bütün müəlliflərinin şəkli ilə birlikdə jurnalda məqalə verditdirmək yolu ilə

)

, əməkdaşa təşkilatın adından onun yüksək professional səviyyəsini və xidmətini təsdiqləyən təşəkkür məktubu vermək, əlavə təhsil almasına köməklik göstərmək, prestijli stajirovka keçmək, auksioner olmaq hüququ vermək, daxili bankdan istifadə üzrə hüquqlarını genişləndirmək, firmanın hesabına özünün və

(

ya

)

ailəsinin istirahət etməsini təşkil etmək, şəxsi işlərində müvəqqəti olaraq firmanın avtomobilindən, şəxsi əmlakından istifadəsinə icazə vermək və b. bu və digər işçinin xidmətini dolayısı qiymətləndirməyə imkan verən bu qəbil müsbət sanksiyalardandır. Deyilən dəstək özü və ya platforması sizə yaxın, yaxud heç olmazsa, rəqibinizə zidd olan istənilən tərəfə tətbiq edilir ki, bu da rəqibinizə qarşı onlardan da bir alət kimi istifadə etməyə imkan verir. Bütün hallarda bu yardımın, dəstəyin həcmi, miqyası, lazımi tərəflərdən kimlərin sizə sərf edən, sizin məqsədinizə uyğun olan yolda daha çox irəli getməsi meyarı ilə ölçülür. Yəni bu yolda daha irəli gedənlər və ya daha çox canfəşanlıq edənlərə daha çox yardım edilib, kömək göstərilir, dəstək verilir – sanksiya da, həmçinin. Bir sözlə, kiminsə sizə xeyirli olan zəhmətini əvəzsiz qoymayıb, hər dəfə nə iləsə

(

adi təşəkkürdən tutmuş, zəhməthaqqına, vəzifəsini, rütbəsini yüksəltməyə qədər

)

mükafatlandırmaq, onun növbəti dəfələrdə də, sizin tapşırıqlarınıza can-başla getməsinə səbəb olacaq. Əksinə, sizə zidd addımların hər birinin qarşısına bir «kozır» qoymaq, hər cəhdini müvafiq sanksiyalarla müşayiətləndirmək çəkindirici effektlidir. Təzyiqlərinin güzəştlərlə deyil, adekvat sanksiyalarla qarşılaşdığına adət edən tərəf-müqabil gec-tez sizinlə münasibətin haqq-hesabını dərk edəsidir. Gündəlik münasibətlərdə bu sanksiyaların realizəsi adətən

təəccüb (

heyrət

)

münasibətin soyudulması

(

isidilməsi

)

xəbərdarlıq (

təqdir

)

sanksiya

kimi mürəkkəb mərhələlərdən keçir. Yuxarıda göstərilənlərdən savayı, tərəflərin bir-birinə münasibəti faktoru, onların hər birinin fərdi xüsusiyyətləri, tapşırığın təsir göstərilən şəxsin mənafeyi, əvvəlcədən formalaşmış təsəvvürü və s.-lə uyğunluğu, qərar qəbulunda alternativ variantların olub-olmaması, vaxt ehtiyatı, situasiya və b. kimi faktorlar da ünsiyyətin nəticəsinə təsir göstərən amillərdəndir.
  

Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iii-2-identity-and-dis.html

iii-2-psixoloji-tsirlrin.html

iii-232-14-234-10-237-3.html

iii-3--irodalom---a.html

iii-3--mustail.html