1 ... 41 42 43 44 45 46 47 48 ... 191

III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət

səhifə45/191
tarix17.09.2017
ölçüsü3.93 Mb.
növüDərs

140

III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət

İnsan, fərd, şəxsiyət və fərdiyyət 

anlayışları bir- biri ilə

müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz. 

Onların içərisində ən geniş anlayış «insan»  anlayışıdır.  Həm

fərd,  həm şəxsiyyət,  həm də fərdiyyət eyni zamanda insandır

(bax şəkil 3).  İnsan həyata insan kimi gəlir.  İnsan dölünün

genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin

inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur.  Yeni

doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək

imkanı yaradır,  beyinin strukturu intellektin inkişaf imkanını

təmin edir,  əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə

prespektivləri

yaradır.  Bütün

bunlar

körpəni


özünün

imkanlarına görə bir insan kimi heyvan balalarından

fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olu-

nur və 

fərd 

anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd» 

anlayışında insanın növə mənsubluğu öz əksini tapır.  Belə ki, 

hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda  

insandır.  Ona görə də yeni doğulmuş uşaq da,  ağlını itirmiş

səfeh də,  yaşlı vəhşi insan da,  mədəni ölkələrin yüksək

intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir

konkret adamı fərd adlandırmaqla onun potensial insan

olduğunu təsdiq edirik.  

141

Şəkil 5. «İnsan», «şəxsiyyət», «fərd» və «fərdiyyət» 

anlayışlarının həcmlərinə görə qarşılıqlı əlaqəsi

(R.S. Nemova görə).

Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz.  Yeni

doğulmuş uşaq, ağlını itirən səfeh şəxsiyyət hesab olunmur. Bir

fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər

qovuşuğunda,  sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. 

Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi

prosesin iştirakçısına çevrilir.  Hər bir şəxsiyyət cəmiyyətdə

yaşayan konkret canlı insan olmaqla,  gerçəkliyi dərk edib

dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək

imkanına malik olur. 

«

Fərdiyyət» 

anlayışına gəldikdə,  hər bir adamın

şəxsiyyəti yalnız ona məxsus əlamət və xüsusiyyətlərin məc-

muuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin

adamı başqalarından fərqləndirir.  Fərdiyyət insanın tempera-

mentinin,  xarakterinin əlamətlərində,  adətlərində,  üstünlük

təşkil edən maraqlarında,  idrak proseslərinin keyfiyyətlərində, 

qabiliyyətlərində,  fərdi fəaliyyət üslubunda    və s.- də təzahür

edir.  İki elə adam tapmaq mümkün deyildir ki,  onlarda qeyd

etdiyimiz psixoloji   xüsusiyyətlər eyni olsun.  İnsan şəxsiyyəti

özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır.  «Fərd»  və

«Şəxsiyyət»  anlayışlarında olduğu kimi,  «fərdiyyət»  və

«şəxsiyyət»  anlayışlarını da eyniləşdirmək mümkün deyildir.

Onlar yalnız vəhdət təşkil edirlər. 

III.5.3. Şəxsiyyətin psixoloji strukturu



142

Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. 

Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi,  insanın şəxsiyyətə

çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas

– ünsiyyət – fəaliyyətdir.  Bu baxımdan şəxsiyyətin psixoloji

strukturunun əsasında birinci növbədə onun idrak prosesləri

durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə

ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa

nail olur.  Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi

əhəmiyyətə malikdir.  Şəxsiyyətin strukturunda onun idrak

prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca

yarımstrukturları, komponentləri qeyd olunur: 

Şəxsiyyətin istiqaməti

. Buraya onun dünyagörüşü, ic-

timai mövqeyi, tələbatları,  maraq və meylləri,  əqidə və

idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi

və s.  daxildir.  Bu zaman yönəlişliyin komponentlərindən biri

dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad ro-

lunu oynayır.  Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin

bütün psixi fəaliyyətini müəyyənləşdirir. 

- Şəxsiyyətin

strukturunda

sonrakı


mühüm

yarımstrukturunu onun 

hazırlıq səviyyəs

i təşkil edir.  Buraya

şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxil-

dir.    


Şəxsiyyətin

strukturunda

mühüm

yer


tutan

yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını

müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən

qabiliyyətlə

r sistemindən ibarətdir. 

Şəxsiyyətin strukturunda mühüm yer tutan digər kom-

ponenti insanın həyatda qazandığı davranış forması,  başqa

sözlə onun 

xarakteridir

Nəhayət,  bu komponentlərin hamısının üzərində

şəxsiyyətin 

mənliyi

,  yəni özünü dərk edib anlaması,  öz

davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir. 

Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür

ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə

143

etmək mümkündür.  Bunun üçün birinci növbədə şəxsiyyətin   

strukturunun   aşağıdakı qrafikinə nəzər yetirək

5

Şəxsiyyət

Şüursuzluq

Şüur

Ümumi növ

tendensiyalar

ı

Arxetip

«Kölgə»

Növün,  etno-

sun

tendensiyalar

ı

Arxetip

«Başqaları»

Sıxışdırılmış, 

unudulmuş, 

rədd

edilmiş,  arzu olunmaz, 

qeyri-aktual

Özü,  ətrafdakılar

aləm haqqında informa-

siya

Mühitin, 

etnosun, 

xalqın

dəyərləri

Ümumbəşəri

dəyərlər

İblis                 Yoldançıxaran                Qeyri Mən

Mən

Peyğəmbər               Allah

Kollektiv şüursuzluq

Şəxsi şüursuzluq

Şəxsi şüurluluq

Kollektiv şüurluluq

Keçmiş

Gələcək

İndii

Şəkil 6. Şəxsiyyətin strukturu (prof. S.İ.Seyidova görə)

16

3


:

2014
2014 -> Sumqayit döVLƏt universiteti
2014 -> «xalqların psixologiyası»
2014 -> Romatizmal Hastalıklarda Anamnez ve Fizik Muayene
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> 1. Uzupełnij schemat. (0-2) Wyjaśnij pojęcia: (0-4)
2014 -> Qrup halında törənən cinayətlərdə təqsirli şəxslərəd iradi və davranış pozuntularının məhkəmə psixiatrik qiymətləndirilməsi
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iii-international-149.html

iii-international-153.html

iii-international-158.html

iii-international-162.html

iii-international-167.html