1 ... 36 37 38 39 40 41 42 43 ... 57

III addım - Girish son Layout 1

səhifə40/57
tarix28.06.2018
ölçüsü3.74 Kb.
növüDərslik

III addım. 

Şagirdlər öz seçdikləri hissələri oxuyurlar. Bir neçə şagird həmin
hissəni şərh edir. Sonda həmin hissəni seçmiş şagirdin şərhləri oxunur.  
Mətndə ən təsirli məqamlar ananın fədakarlığı, Mirəlinin sinif yoldaşlarının
qayğıkeşliyi, onun anasına yazdığı məktubdur. Bu məqamlara münasibətin bil -
dirilməsi şagirdlərdə hiss və duyğularını ifadə etmək bacarığını inkişaf etdirir. 
Müzakirə zamanı müəllim də müdaxilə edə bilər. Lakin bunu bir neçə şa -
gird fikir söylədikdən sonra etmək daha yaxşı olar. Müəllim müzakirə zamanı
yö nəldici suallar verərək canlanma yarada bilər. Məsələn:
1. Nə üçün belə düşünürsünüz?
2. Seçdiyiniz hissədə sizi təsirləndirən nə oldu?
3. Seçdiyiniz hissəni necə dəyişərdiniz? və s.

Söz ehtiyatı


 


(St. 2.1.2)


3-cü tapşırıqda verilmiş sözlər lüğətin köməyi ilə izah edildikdən
sonra 4-cü tapşırıq yerinə yetirilir. Mətndə “eşidirdi” və “dinləyirəm” sözləri dır naq
içərisində verilib, çünki burada adi eşitmədən və dinləmədən danışıl mır. Mirəli
başqalarının dediklərini onların dodaq hərəkətlərindən duyur və an la yır dı.
Deməli, bu sözlər məcazi mənada işlənildiyindən dırnaq içərisində yazılıb.

Dil qaydaları


(St. 4.1.2)


5-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Bu tapşırıq yerinə yetirilərkən şagirdlər öz cavablarını əsaslandır -
malıdırlar. Sual belə qoyula bilər: Nəyə görə bu qənaətə gəldiniz ki, “kömək
etməli” feili hərəkətin icrasının vacib olduğunu bildirir?
Feilin şəkilləri ilə bağlı qaydalar mənimsədildikdən sonra müəllim əlavə
məlumatlar da verə bilər:
– Feilin şəkilləri feilin kökünə və ya başlanğıc formasına müvafiq şəkilçilər
artırmaqla düzəlir. 
– Feilin əmr, arzu, vacib, lazım və şərt şəkilləri zamana görə dəyiş mir, lakin
onların məzmununda gələcək zaman anlayışı vardır. 
– Xəbər şəklində hərəkətin kim tərəfindən və nə vaxt icra olunduğu barədə
xəbər verilir. 
– Xəbər şəkli feilin kökünə və ya başlanğıc formasına zaman şəkilçiləri və
şəxs şəkilçiləri artırmaqla düzəlir. Zaman şəkilçisi qəbul etmiş istənilən feil xə -
bər şəklində sayılır: bax-dı-m, bax-mış-dır, bax-ır-san, bax-acağ-ıq, bax-ar-sınız.
6-7-ci tapşırıqları yerinə yetirməklə şagirdlər feilin şəkilləri haqqında mə -
lumat alır və kontekstdən, məqsəddən asılı olaraq feilin şəklini düzgün
seçirlər.

Qiymətləndirmə


Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
116
IV BÖLMƏ
116
IV BÖLMƏ
116
IV BÖLMƏ
  Çap üçün deyil

34-cü dərs. 


XӘBӘR ŞӘKLİNDӘ OLAN FEİLLӘRİN YAZILIŞI VӘ TӘLӘFFÜZÜ


(2


saat)


Bu dərsdə mənimsədilən qaydalar şifahi və yazılı nitqdə praktik əhəmiy yə -
tə malik olan qaydalardır.
4-cü tapşırığı cavablandırarkən şagirdlər sxemləri aşağıdakı kimi şərh edə
bilərlər.
I sxem: İndiki zamanın feilləri inkar şəkilçisi (-ma
2
) qəbul edərkən şəkilçinin
saiti (a, ə) düşür: bil-m-ir, qaç-m-ır.
II sxem: -ar
2
şəkilçisi ilə düzələn gələcək zaman feilləri də inkar şəkilçisi
(-ma
2
) qəbul edərkən şəkilçinin saiti (a, ə) düşür: bil-m-ər-əm, qaç-m-ar-am.
Bu za man  həmçinin II  və III şəxslərin təkində və  cəmində -ar
2
zaman şə kil -
 çi  si n in r samiti z ilə əvəz olunur: bax-m-az-san, bax-m-az-sınız, bax-m-az, bax-
m-az-lar.  
4-cü tapşırıqda gəlinmiş nəticəyə əsaslanaraq 5 və 6-cı tapşırıqlar yerinə
yetirilir.
7-ci tapşırıqda 2-ci cümlədəki feilin yazılışı və tələffüzünün fərqlənmədiyi,
8-ci tapşırıqda bayatının tələffüz formasında oxunarkən qa fi yə sinin daha
düzgün olduğu müəyyənləşdirilir. 9-cu tapşırığın yerinə ye ti ril mə si zamanı
tələffüz formasında verilmiş feillərin hər birində yazılış for masından fərqli bütün
məqamların müəyyənləşdirilməsi vacibdir. 

Qiymətləndirmə


Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
Standartlar
Təlim nəticələri
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Xəbər şəklində olan feillərin yazılışı və
tələffüzü ilə bağlı qaydaları nitqində
tətbiq edir.
117
İNCƏSƏNƏT
117
İNCƏSƏNƏT
117
İNCƏSƏNƏT
  Çap üçün deyil

35-ci dərs. QOCA AŞPAZ (2 saat) 


Motivasiya


V sinif musiqi fənnində “1.1.1. Azərbaycan və dünya musiqi mədəni yyətinin
görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Әmirov, V.A.Motsart,
M.Qlinka, L.V.Bethoven, P.İ.Çaykovski) və onların tanınmış əsərləri haqqında
biliklərini şərh edir” alt-standartı olduğunu nəzərə alaraq müəllim bu dərsdə
motivasiya üçün 

BİBÖ 

üsulunu tətbiq edə bilər:

Oxu


Fəndaxili şaquli inteqrasiya 


(VI sinif – st. 2.2.1; V sinif – st. 2.2.3)


Mətn
abzaslarla müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Dialoji hissələrin oxun -
ması zamanı rollu oyun tətbiq edilə bilər. Müəllim V sinif MMV-də verilmiş
“Oxu texnikasının moni to rinqi” cədvəlindən istifadə etməklə şagirdlərin tələffü -
zü ilə bağlı qeydlər aparır. 
Müəllim müəyyən bitkin hissələrdən sonra həmin hissənin tam qavranıl -
masına yönəlmiş suallar verir:
I abzasdan sonra: Vyana şəhəri hansı ölkədə yerləşir?
II abzasdan sonra: Aşpazın otağındakı əşyalardan hansı diqqətinizi daha
çox cəlb etdi? Sizcə, bunlardan hansı sonrakı hadisələrdə mühüm rol oynaya -
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Qoyulmuş suallara cavab tapmaq üçün
mətndən müvafiq məqamları seçir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və an -
layışları başa düşməsinə kömək etmək
üçün mühüm məqamları vurğulayır.
Dinləyənin sualını cavablandırarkən
standart ifadələrdən (bayaq deyildiyi
kimi, çıxışımızın əvvəlində vurğuladıq
ki, bildiyiniz kimi) yerli-yerində istifadə
edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkil -
də ümumiləşdirir. 
Dinlədiyi mətndəki məlumatları (hadi -
sə ləri) ümumi 
ləş dirməklə əsas fikri
müəy yən edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əla qələndirir. 
Verilmiş mövzu üzrə rabitəli mətn
qurub yazır.
4.1.2. Sözün qrammatik mənasını
kontekstə uyğun izah edir.
Әmr şəklində olan feilləri müəyyən edir.
Volfqanq Amadey Motsart haqqında
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
118
IV BÖLMƏ
118
IV BÖLMƏ
118
IV BÖLMƏ
  Çap üçün deyil

:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iii-international-306.html

iii-international-310.html

iii-international-315.html

iii-international-32.html

iii-international-324.html