1 ... 33 34 35 36 37 38 39 40 41

III FƏSİL - Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə...

səhifə41/41
tarix08.07.2018
ölçüsü28.63 Kb.

118


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


2.2.
Bu dəstələr yerli ərazinin meşəçilik təsərrüfatı, xüsusi
mühafizə olunan ərazilərin (Milli park, qoruq, yasaqlıq)
mütəxəssislərinin razılığı və tövsiyyəsi ilə xüsusi təhkim
olunduqları meşə ərazisində fəaliyyət göstərir;
2.3.
Fəaliyyətin məqsədi tədris­təcrübə işlərinin aparılması
üçün  ayrılmış  ərazini,  xüsusi  mühafizə  əhəmiyyətli
meşə  zonalarını,  intensiv  meşəçilik  təsərrüfatlarını
əhatə  edərək,  şagirdlərin  yaş  xüsusiyyətlərini  nəzərə
almaqla müəyyən edilir;
2.4.
Məktəb meşəçiliyi dəstəsi təhsil müəssisəsi və meşəçilik
mütəxəssislərinin  birgə  tərtib  etdikləri  xüsusi  tədris
proqramı  üzrə  fəaliyyət  göstərir.  Proqram  dəstənin
ümumi iclasinda müzakirə olunaraq qəbul edilir.
2.5.
Məktəb  meşəçiliyi  dəstəsi  meşənin  ekosisteminin  və
bioloji müxtəlifliyinin qorunmasının qayğısına qalaraq,
təbii  ehtiyatların  bərpası  və  artırılması  istiqamətində
fəaliyyət göstərir;
2.6.
Dəstə  müəllim  və  mütəxəssislərlə  birlikdə  meşələrdə
qırılmış  ağacların  yerində  yeni  meşə  zolaqlarının
salınmasında,  meşədə  bitkilərə  və  heyvanlara  qulluq
göstərilməsində,  qış  fəslində  vəhşi  heyvanların
yemləndirilməsində iştirak edirlər;
2.7.
Dəstə üzvləri mütəxəssislərin nəzarəti altında məktəb
tədris­təcrübə  sahəsində  nadir  bitkilərin  toxum  və  ya
vegetativ orqanlar vasitəsilə artırılmasında və yenidən
təbiətə köçürülməsində (reintroduksiya) iştirak edir.
2.8.
Müəllim və mütəxəssislərin rəhbərliyi altında müəyyən
meşə ərazisinin ekoloji vəziyyətini öyrənmək məqsədilə
elmi­tədqiqat  işləri  ilə  məşğul  olur,  məktəb  ekoloji
monitorinqini həyata keçirir.
2.9.
Ərazinin  meşə  faunası  və  florasına  daxil  olan  növləri
təyin  edərək,  siyahıya  almaq,  müşahidələr  aparmaq
məqsədilə  ekoloji  ekskursiyalarda,  ekspedisiyalarda,
yürüşlərdə, təcrübəçilik işlərində iştirak edir.
2.10.  Əhali  arasında  müntəzəm  ekoloji  maarifləndirmə
və  təbliğat  işləri  aparmaqla  meşə  sektorunun  idarə
edilməsinin təkmilləşdirilməsi, təbii ehtiyatların davamlı
istifadəsi  üçün  səy  göstərir.  Təbiəti  pozanlara  qarşı
maarıfləndirmə  və  izahat  işləri  aparır,  həmyaşıdları
arasında ekoloji bilikləri təbliğ edir.

119


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 


III FƏSİL


3. Məktəb meşəçiliyi dəstəsinin idarə olunması.


3.1.
Dəstənin  ali  orqanı  dəstə  üzvlərinin  ümumi  iclası
olub,  ildə  2  dəfədən  az  olmayaraq  keçirilir.  Dəstənin
ümumi iclası öz tərkibində icra orqanı ­ dəstə qərargahı
seçilir. Dəstənin qərargahına dəstə başçısı – meşəbəyi,
meşəbəyinin  köməkçisi,  gənc  meşəçilər  təyin  edilir.
Dəstənin  ümumi  fəaliyyətinə  müəllim  və  meşə
mütəxəssisi rəhbərlik edir.
3.2.
Dəstə  qərargahı  əsasnaməyə  uyğun  olaraq  məktəb
meşəçiliyi  dəstələrinin  fəaliyyətinə  rəhbərlik  edir,  illik
fəaliyyət  planını  tərtib  edir,  dəstənin  fəaliyyətinin
təkmilləşdirilməsi, üzvlərinin rəğbətləndirilməsi barədə
təkliflər irəli sürür.
3.3.
Dəstə qərargahı dəstənin fəaliyyətinin nəticələrini təhlil
edir,  əsasnaməni  pozan  dəstə  üzvləri  barədə  tədbir
görür  və  qərargahın  fəaliyyəti  barədə  ümumi  iclasda
hesabat verir.

4. Dəstə üzvlərinin hüquq və vəzifələri


4.1.
Dəstə üzvlərinin xüsusi geyimə, fərqlənmə nişanına və
vəsiqəyə malik olmaq hüququ vardır;
4.2.
Dəstə üzvlərinin əsas vəzifələri aşağıdakılardır:
­
Meşəçiliyin  əsasları  üzrə  ekoloji  biliklərə  səylə
yiyə lən mək, meşənin ekoloji problemlərinin həl­
lində yaxından iştirak etmək;
­
Meşələrin müasir ekoloji vəziyyətinin öyrənilməsi
məqsədilə  aparılan  təcrübəçilik  və  tədqiqatçılıq
işlərində fəal iştirak etmək;
­
Meşənin təbii ehtiyatlarının və bioloji müxtəlifliyinin
qorunmasında səylə çalışmaq, verilən tapşırıqları
vaxtında və keyfiyyətlə yerinə yetirmək;
­
Meşədə  olarkən  etik  davranış  qaydalarına  və
təhlükəsizlik  normalarına  riayət  etmək,  meşə
sərvət lərinə qayğıkeşliklə və məsuliyyətlə yanaş­
maq;
­
Dəstənin daxili intizam qaydalarına riayət etmək,
qərargah qarşısında hesabat vermək;
­
Həmyaşıdları və əhali arasında meşəyə aid ekoloji
bilikləri  təbliğ  etmək,  ekoloji  tədbirlərdə  iştirak

120


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


etmək;
­
Meşə  ağaclarının  əkilməsində,  tingliklərin  salın­
masında,  əkin  materiallarının  becərilməsində,
yaşıllaşdırma işlərində fəal olmaq;
­
Zərər  çəkmiş  meşə  əraziləri,  xəstəliklər,  ziyan­
vericilər barədə rəhbərliyə və əlaqədar təşkilatlara
məlumat vermək;
­
Ağac,  kol  bitkilərinin,  xüsusən  nadir  bitkilərin
toxum  və  qələm  vasitəsilə  artırılmasına  nail
olmaq,  dərman  bitkilərinin,  giləmeyvə­lərin  tə­
darü kündə iştirak etmək;
­
Vəhşi  heyvanların,  quşların  qorunmasında  və
yemləndirilməsində iştirak etmək;
­
Nadir  bitki  və  heyvanların,  təbiət  abidələrinin
qorunmasını təmin etmək;
­
Meşəçilik üzrə xüsusi tapşırığa əsasən təcrübəçilik
və  tədqiqat  işlərinin  aparılmasında  yaxından
iştirak etmək hüququna malikdirlər.

5. Təhlükəsizlik qaydaları


5.1.
Dəstə üzvləri yalnız müəyyən edilmiş ərazidə müəllim,
mütəxəssislərin nəzarəti və rəhbərliyi altında fəaliyyət
göstərirlər.
5.2.
Dəstə üzvlərinin meşə yanğınlarının söndürülməsində,
brakonyerlərin zərərsizləşdirilməsində iştirakı qadağan­
dır.
5.3.
Dəstə  üzvləri  zərərvericilərə  qarşı  kimyəvi  preparat­
lardan, kəsici alətlərdən istifadə etməməlidir.
5.4.
Ekoloji yürüş, ekskursiya və praktik işlər zamanı təhlükə­
sizlik  normalarına  və  meşədə  davranış  qaydalarına
riayət olunmalıdır.

121


Ədəbiyyat


1.  Azərbaycan  SSR­in  Qırmızı  Kitabı.  Bakı,  “İşıq”,  1989,
543 s.
2.  Dolxanov  A.B.  Təbiətdən  istifadənin  hüquqi  əsasları.
Bakı: “Bakı universiteti”, 2008, 498 s.
3.  Dadaşova L.K. Gənc meşəçilər məktəbi. Bakı, 2011, 78
s.
4.  Əliyev C., Əkbərov Z. Bioloji müxtəliflik. Bakı, 2008.
5.  Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002, 175 s.
6.  Əliyev  H.Ə.,  Xəlilov  M.Y.  Yaşıl  sərvətin  keşiyində.
Bakı:Gənclik, 1982, 98 s.
7.  Əliyev  H.Ə.  ,  Xəlilov  M.Y.  Təbiətin  yaşıl  libası.  Bakı:
Gənclik, 1988, 174s.
8.  Əmirov  F.Ə.  Meşələrin  ekoloji  rolu.  Bakı:  Azərbaycan,
2001, 240 s.
9.  Göyçaylı Ş.Y., Mikayılov N.K. və b. Ətraf mühiti mühafizə,
təbii ehtiyatlardan səmərəli istifadə. Dərs vəsaiti. Bakı:
Hərbi nəş., 1996.
10.  İbrahimov  R.,  Şükürov  Ə.,  Dadaşova  L.,  Qarayev  A.
Meşələrin yanğın təhlükəsizliyi. Bakı,2012, 59 s.
11.  Məmmədov  Q.S.,  Xəlilov  M.Y.  Azərbaycanın  meşələri.
Bakı: Elm, 2002,472 s.
12.  Məmmədov M.S., Əsədov K.S. Meşə ekologiyası. Bakı:
Elm, 2010, 450 s.
13.  Mustafayev Q,T. Ekologiya. Bakı: Ozan, 2001, 126 s.
14.  Təhməzov B.H., Yusifov E.F., Əsədov K.S. Azərbaycanın
bioloji təbiət abidələri. Bakı: Adiloğlu, 2004, 567 s.
15.  Вышегородских  Н.В.,  Вышегородских  Н.В..  Кочета­
ева  Т.Н.  Как  создать  школьное  лесничество.  Орёл:
«Труд» , 2005, 96 с.
16.  Ярошенко А.Ю. Как вырастить лес. Методическое по­
собие. М:Гринпис России, Сибирский экологический
центр, 2006, 48 с.
17.  www.edu.gov.az
18.  www.eco.gov.az
19.  www.fhn.gov.az
20.  www.enpi­fleg.org
21.  www.bitki­health.net

122


Mündəricat


GİRİŞ


.............................................................................. 5

I FƏSİL


Meşə nədir? ...................................................................... 11
Məktəb meşəçiliyinin yaradılması ......................................... 12
Məktəb meşəçiliyini kimlər yaradır? ...................................... 14
Məktəb meşəçiliyi guşəsi ................................................... 19
Məktəb meşəçiliyinin fəaliyyəti ........................................... 20
Azərbaycanın gənc meşəçiləri ............................................. 22

II FƏSİL


Meşəçiliyin əsasları ........................................................... 29
Meşə haqqında ümumi məlumat ......................................... 33
Meşə ­ekoloji sistemdir ...................................................... 37
Meşədə çoxyarusluluğun əhəmiyyəti nədən ibarətdir? ............ 40
Azərbaycan meşələri ......................................................... 42
Meşənin bioloji müxtəlifliyi ................................................. 46
Azərbaycanın xüsusi əhəmiyyətli meşə sahələri .................... 50
Meşənin təsviri. Meşə taksasiyası ........................................ 54
Meşə mühiti ..................................................................... 55
Meşə tingliyinin yaradılması ............................................... 57
Toxum tədarükü ............................................................... 59
Toxumun səpinə hazırlanması ............................................. 60
Meşə tingliyində bitkilərin becərilıməsi ................................. 64
Enliyarpaqlı ağac növlərinin becərilməsi ............................... 67
İynəyarpaqlı bitkilərin artırılması ......................................... 74
Nadir çiçəkli bitkilərin artırılması üsulları .............................. 75
Otaq şəraitində bitkilərin becərilməsi ................................... 78
Tinglikdə aqrotexniki qulluq qaydaları .................................. 78
Meşənin salınması ............................................................ 80
Meşənin salınması üçün sahənin seçilməsi ............................ 83
Meşənin salınması qaydaları ............................................... 85
Tarlaqoruyucu meşə zolaqlarının salınması ........................... 88
Yaşıllaşdırma tədbirləri ...................................................... 91

123


III FƏSİL


Davamlı meşə ekosistemi necə yaranır? ............................... 94
Məktəb yasaqlığı və ya təbiət abidəsi ................................. 100
Meşədə ekoloji cığırın təşkili ............................................. 105
Meşənin təhlükəsizliyi ...................................................... 108
Meşə yanğınları .............................................................. 109
Meşədə davranış qaydaları ............................................... 112
Meşədə istiqamətin təyin edilməsi ..................................... 115
Gənc meşəçinin kodeksi .................................................. 116
“Gənc meşəçilər” dəstəsinin əsasnaməsi ............................ 117
Ədəbiyyat ...................................................................... 121

Content


INTRODUCTION


  ............................................................ 5

I CHAPTER


What is the forest? ........................................................... 11
Establishment of school forestry ......................................... 12
Who organizes school forestry ............................................ 14
Corner of school school forestry .......................................... 19
Activities of school school forestry ...................................... 20
Young foresters of Azerbaijan ............................................. 22

II CHAPTER


Basics of forestry .............................................................. 29
General information about the forests ................................. 33
Forest is an ecological system ............................................ 37
Why forest’s multi­story nature is important? ....................... 40
Azerbaijani forests ............................................................ 42
Forest biodiversity ............................................................ 46
Forest areas of special importance in Azerbaijan ................... 50
Description of the forest. Forest inventory ............................ 54
Forest environment ........................................................... 55

124


Set up of forest nursery ..................................................... 57
Harvesting of seeds .......................................................... 59
Preparation for the seeds’ sowing ....................................... 60
Cultivation of plants in the forest nurseries .......................... 64
Cultivation of broad­leaved species ..................................... 67
Increasing of coniferous plants ........................................... 74
Means of increasing of rare flowering plants ......................... 75
In­house cultivation of plants ............................................. 78
Agro technical service rules in nurseries .............................. 78
Planting of the forest ......................................................... 80
Selection of area for the forest planting ` ............................. 83
Rules of the forest planting ................................................ 85
Set up of field­protective forest stripes ................................ 88
Greenery activities ............................................................ 91

III CHAPTER


How is the sustainable forest ecosystem created? ................. 94
School reserve or natural monument? ............................... 100
Organization of ecological paths in the forests .................... 105
Forest safety .................................................................. 108
Forest fires .................................................................... 109
Code of conduct in the forest ........................................... 112
Determination of direction in the forest .............................. 115
Code of young forester .................................................... 116
Charter of “Young Foresters” group ................................... 117
Literature ...................................................................... 121

125


Layihə Tərəfdaşları


European Commission


Avropa  İttifaqı  rəsmi  inkişaf  layihələrinə  yönəltdiyi  yardıma  görə
dünyada  ən  iri  donorlardan  biri  sayılır.  Avropa  Komissiyasının
EuropeAid ­ İnkişaf və Əməkdaşlıq üzrə Baş Direktoratı, Avropanın
inkişaf  siyasətinin  formalaşmasına  və  onun  dünya  üzrə  həyata
keçirilməsinə  cavabdehdir.  EuropeAid,  Avropa  İttifaqı  tərəfindən
edilən  yardımı  bir  sıra  maliyyə  instrumentləri  vasitəsi  ilə  həyata
keçirrməklə,  bu  yardımın  effektivliyini  və  keyfiyyətini  təmin  edir.
İnkişaf  sahəsində  fəal  iştirakçı  qısmındə  çıxış  edərək,  biz  yaxşı
idarəetməni,  o  cümlədən  insan  və  iqtisadi  resurslarının  inkişafını
təşviq edirik. Həmçinin biz aclıq və təbii resursların mühafizəsi kimi
qlobal problemlərin həlli yolunda fəal mübarızə aparırıq.
http://ec.europa.eu/index_en.htm

World Bank


Dünya Bankı dünyada insanlara və dövlətlərə kömək etmək məqsədi
ilə  yaradılmış  ən  böyük  maliyyə  təşkilatlarından  biridir.  Bankın
missiyası inkişaf etməkdə olan ölkələrə və orada yaşayan insanların
yoxsulluğunun azalmasına, iqtisadi inkişafın sürətlənməsinə və ətraf
mühitin qorumasına dəstək göstərməkdir.
www.worldbank.org

IUCN


Təbiətin  Qorunması  üzrə  Beynəlxalq  İttifaq  (İUCN)  ətraf  mühütin
qorunması sahəsində çalışan dünyada ən böyük və qlobal fəaliyyət
göstərən  təşkilatlardan  biridir.  Təşkilata  110  dövlətdən,  800  QHT­
dən 10 000­dən artıq ekspert daxildir. İUCN­nın missiyası dünyanın
ən çətin ekoloji problemlərinə və inkişaf məsələlərinə praqmatik həll
yollarının tapılmasından ibarətdir.
www.iucn.org

WWF


Dünya  Vəhşi  Təbiət  Fondu  (WWF)  dünyanın  ən  böyük  və  müstəqil
fəaliyyət  göstərən  ətraf  mühütin  qorunması  təşkilatıdır.  90  ölkədə
təmsil  olunmuş  təşkilatın  5  milyon  üzvü  vardır.  WWF­ın  missiyası
ətraf  mühitin  deqradasiyasının  qarşısını  almaq,  dünyanın  bio
müxtəliflikliyinin qorunması və bərpa olunan təbii resursların davamli
şəkildə istifadəsini təmin etməkdədir.
www.panda.org

126


Project Partners


European Commission


The European Union is the world’s largest donor of official development
assistance. EuropeAid Development and Cooperation, a Directorate
General  of  the  European  Commission,  is  responsible  for  designing
European  development  policy  and  delivering  aid  throughout  the
world. EuropeAid delivers aid through a set of financial instruments
with a focus on ensuring the quality of EU aid and its effectiveness.
An active and proactive player in the development field, we promote
good  governance,  human  and  economic  development  and  tackle
universal  issues,  such  as  fighting  hunger  and  preserving  natural
resources.
http://ec.europa.eu/index_en.htm

World Bank


The World Bank is a vital source of financial and technical assistance
to  developing  countries  around  the  world.  Our  mission  is  to  fight
poverty with passion and professionalism for lasting results and to
help  people  help  themselves  and  their  environment  by  providing
resources,  sharing  knowledge,  building  capacity  and  forging
partnerships in the public and private sectors. Learn more
www.worldbank.org

IUCN


IUCN,  International  Union  for  Conservation  of  Nature,  helps  the
world  find  pragmatic  solutions  to  our  most  pressing  environment
and development challenges. IUCN works on biodiversity, climate
change, energy, human livelihoods and greening the world economy
by  supporting  scientific  research,  managing  field  projects  all  over
the world, and bringing governments, NGOs, the UN and companies
together to develop policy, laws and best practice. IUCN is the world’s
oldest and largest global environmental organization, with more than
1,000 government and NGO members and almost 11,000 volunteer
experts  in  some  160  countries.  IUCN’s  work  is  supported  by  over
1,000 staff in 60 offices and hundreds of partners in public, NGO and
private sectors around the world.
www.iucn.org

WWF


WWF is one of the world’s largest and most respected independent
conservation organizations, with almost 5 million supporters and a
global  network  active  in  over  100  countries.    WWF’s  mission  is  to
stop the degradation of the earth’s natural environment and to build
a future in which humans live in harmony with nature, by conserving
the world’s biological diversity, ensuring that the use of renewable
natural  resources  is  sustainable,  and  promoting  the  reduction  of
pollution and wasteful consumption.
www.panda.org

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ijodiyfaoliyat---dunyo.html

ijrim-volume-6--issue-3.html

ijtihad-permitted-by-the.html

ijtimoiy-fanlar-kafedrasi-3.html

ijtimoiy-iqtisodiy-fanlar.html