1 ... 22 23 24 25 26 27 28 29 ... 53

III FƏSİL - Nəcəfli Tofiq Hümbət oğlu

səhifə26/53
tarix08.07.2018
ölçüsü1.28 Mb.

 

37

 

III FƏSİL 

 

QARAQOYUNLU-AĞQOYUNLU-OSMANLI  

QARŞILIQLI

 

ƏLAQƏLƏRİ 

 

§1. Qaraqoyunlu -Ağqoyunlu münasibətləri

 

Qaraqoyunlu-Ağqoyunlu münasibətləri tarixinin dərindən araşdınlmasının tarixşünaslığımız üçün 

əhmiyyəti vardır. Hər iki tayfa birliyi «türkman» adlanan etnik qrupa mənsub olmuş və XV əsrdə Azərbaycanda 

bir-birini  əvəz etmiş müstəqil dövlətlərin  əsasını qoymuşdur. Bu tayfa birlikləri arasında qədim dövrlərdən 

yaranmış münasibətlər XV əsrdə daha yüksək, siyasi məcrəda davam etmişdir. 

Qaraqoyunlular   və      Ağqoyunlularla   əlaqədar   olaraq tədqiqat aparmış türk    tarixçiləri həmin tayfalar 

arasındakı qarşılıqlı    əlaqələri də araşdırmışlar. Faruq Sümer yazır ki, qaynaqların çoxunda bu iki türkman 

tayfası arasında qədim ədavətin olduğu göstərilirsə də bunun səbəbi aydınlaşdırılmır. Dəfələrlə baş verdiyi kimi 

bu qədim düşmənçiliyin səbəbi ərazi ixtilafı və ya üstünlük uğrunda savaş olmuşdur

1

. İ.P.Petruşevski qeyd edir 

ki, XTV əsrin sonunda bu iki tayfa birliyi arasında baş vermiş münasibətlərin səbəbi yeni torpaqlara, otlaqlara 

və hərbi qənimətə yiyələnmək hissi olmuşdur

2

. M.X.Yınançın fikrincə, «iki tayfa arasındakı düşmənçilik XIV 

əsrin 30-cu illərində başlanmışdır.  Süqut etmiş Elxanilər dövlətinin xarabalıqları üzərində bir-biri ilə 

mübarizəyə başlamış  Cəlayiri, Çobani və Sutay xənadanlarının qovğalarında iştirak edən bu iki tayfadan 

qaraqoyunlular  İraqdakı  Cəlayiri ailəsinin, ağqoyunlular isə bu ailəyə  düşmən kəsilmiş  və Mosul-Diyarbəkr 

vilayətlərində hakim olan Sutayoğullarının xidmətinə girmiş  və bir-birinə qarşı      hərb      etmişlər

3

.   


Sutayoğullarının   Cəlayirilərə   qarşı uzunmüddətli   mübarizəsi   bu   iki   düşmən   tərəfin  yanında xidmətdə    

olmuş,        eyni        kökdən    və    soydan    yaranmış, qaraqoyunluların  və  ağqoyunluların bir-birinə düşmən 

kəsilən  

[89-90] 


iki zümrə halına düşməsinə səbəb olmuşdur

4

. Diyarbəkr valisi olmuş Sutayın (1332-ci ildə vəfat 

etmişdir) oğlu Hacı Tuqay ilə nəvəsi İbrahim Şah arasında Mosuldan Ərzuruma qədər geniş əyaləti ələ keçirmək 

uğrunda mübarizə zamanı, qaraqoyunlular Hacı Tuğayı, ağqoyunlular isə  İbrahim  Şahı müdafıə etmiş  və 

nəticədə Mosul-Ərzurum bölgəsi qaraqoyunluların, Diyarbəkr vilayəti ağqoyunluların  əlində qalmışdı

5

. Faruq 

Sümer belə  nəticəyə  gəlir ki, bu iki qardaş türkman tayfası arasındakı «qədim edavətin»  əsası Hacı Tuğayla 

İbrahim Şah arasındakı qanlı düşmənçilikdən başlanmışdır

6

.  İ.H.Uzunçarşılnın  fikrincə, qaraqoyunlularla ağqoyunlular arasındakı  qədim düşmənçiliyin 

səbəblərindən biri də aralarındakı məzhəb fərqidir. Qaraqoyunluların şiə məzhəbində olması, Ağqoyunluları və 

digər sünnü məzhəbə  mənsub dövlətləri onların düşməni etmişdi.

7

  Həmin fikri V.A.Qordlevski

8

İ.P.Petruşevski

9

 və Ş.F.Fərzəliyev

10

 də müdafiə edir. Ancaq Faruq Sümer qeyd edir ki, XV-XVI əsrin fars, ərəb 

və türk tarixçilərindən Qaraqoyunluların şiə təriqətində olması haqqında heç bir qeydə rast gəlinmir. Buna görə 

də onları  şiə  təriqətli hesab etmək doğru deyildir". V.Minoskinin qənaətinə görə, Qaraqoyunlularla 

Ağqoyunlular arpasındakı düşmənçiliyin qaraqoyunluların şiə və ağqoyunluların sünni olmasından yarandığını 

göstərməyin heç bir əsası yoxdur

12

.  XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunlular Bayram Xocanın rəhbərliyi altında Azərbaycanın cənub-qərb 

torpaqlarını-Xoyu, Naxçıvanı, Ağkilsəni və Sürməli bölgəsini  ələ keçirmiş  və  Cəlayiri hökmdarına vergi 

ödəməkdən irntina etmişdilər

13

. 1380-ci ildən Qaraqoyunlu tayfa birliyinə Bayram Xocanın qardaşı oğlu Qara 

Məhəmməd (1380-1389) rəhbərlik etməyə başladı. Qara Məhəmməd bacarıqlı şəxs idi. O, Qaraqoyunlu tayfa 

ittifaqının həm daxili, həm də xarici vəziyyətində ciddi dönüş yarada bildi. Cəlayiri hökmdarı Sultan Hüseynin 

(1374-1382) ölümündən sonra dövlətin daxilində kəskinləşmiş   mübərizədən   məharətlə   istifadə   edən   Qara 

[90-91] 


Məhəmməd Qaraqoyunlu tayfa ittifaqını daha da möhkəmləndirdi. Qara Məhəmməd Sultan Əhmədin 

Cəlayiri taxt-tacına yiyələnməsinə yardım etmiş, bu dövlət ilə Qaraqoyunlu tayfa birliyi arasındakı  gərginliyi 

aradan qadırdı. Sultan Əhməd Qara Məhəmmədi Qaraqoyunlu tayfa ittifaqının başçısı kimi tanıdı  və onun 

həyata keçirdiyi tədbirlərə mane

 

olmadı.


14

 

Ağqoyunlu hökmdarları  Qaraqoyunlu  tayfa birliyinin getdikcə güclənməsi ilə heç cür razılaşa 

bilmirdilər. Onlar rəqibin mövqeyini zəiflətmək üçün qonşu  ərazilərə vaxtaşırı hücumlar edirdilər.  İki tayfa 

birliyi arasında Ərzincana sahib olmaq üçün şiddətli mübarizə baş verdi. F. Sümer və Y.Yücel belə hesab edirlər 

ki, Ağqoyunlulara məğlub olan Ərzincan hökmdarı Mutaharten kömək üçün Qara Məhəmmədə müraciət etmiş, 

o isə qaraqoyunlular və  ağqoyunlular arasında qədim düşmünçiliyə  sadiq qalaraq Mutahartenin  təklifinə  

razılıq vermişdi.

15

    Mutaharten    ilə    birləşən    Qara    Məhəmməd Ağqoyunlu Əhmədi ağır məğlubiyyətə 

uğratmışdı. F.Sümer qeyd edir ki, bu qələbə o qədər tə'sirli idi ki, ağır itkilər verən ağqoyunlular   Sivas-Kayseri   

hökmdarı   Qazi   Bürhanəddinin himayəsinə girməyə məcbur oldular

16

.  1389-cu ildə  Ağqoyunlu hökmdarı Bayandur tayfasının başçısı Qutluq bəyin ölümündən sonra onun 

varisləri-Əhməd, Pir Əli və Qara Yuluq Osman arasında səltənət uğrunda mübarizə başlandı.  İlk mərhələdə 


:

books rax
books rax -> MahirəNərimanqızı
books rax -> Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana
books rax -> Firuddin cəFƏrov hasil fəTƏLİyev
books rax -> Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh
books rax -> Azərbaycan miLLİ elmlər akademiyasi
books rax -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu
books rax -> ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ijtimoiy-ogishgan-va.html

ijtimoiy-pedagogning.html

ijtimoiy-stratifikatsiya.html

ijtimoiy.html

ijtimoiyongshakllarinifar.html