1 ... 13 14 15 16 17 18 19 20 ... 25

III F - Microsoft Word magisr isi doc

səhifə17/25
tarix04.02.2018
ölçüsü0.62 Mb.

 

51

III F

Ə

S L. 

AZ

Ə

RBAYCANDA  XRAC- STEHSAL ZONALARININ 

FORMALA

Ş

MASININ PERSPEKT VL

Ə

R  

III.1. Az

ə

rbaycanda azad iqtisadi zonaların növ müxt

ə

lifliyinin formala

ş

ma 

imkanları

 

Dövlət  müstəqilliyini  bərpa  etmiş  Azərbaycan  Respublikasında  da  bazar 

münasibətlərinin  dərinləşməsi,  biznes  fəaliyyətinin  genişlənməsi  istiqamətində 

Azad  qtisadi Zonaların yaradılmasının mühüm iqtisadi önəmi vardır. Azad iqtisadi 

zonaların  yaradılması  ideyası  və  təşəbbüsləri  respublikamızın  ilk  müstəqillik 

illərində  israrlı  konteksdə  quruculuq  zirvəsinə  irəliləmişdi.  Lakin  bu  mühüm 

sistemə  keçiddə  aşkarlanan  müəyyən  təcrübə  kasadlığı,  hazırsızlıq  meylinin 

mövcudluğu  və  başlıca  olaraq  iqtisadi  inkişafın  artım  templərinin  məhdudluğu 

müvafiq  zonaların  təşəkkülünü  bir  qədər  ləngitmişdir.  Bu  gün  respublikamızda 

yenə də Azad  qtisadi Zonaların yaradılması məsələsi qabarıqlaşmış və daha aktual 

xarakter almışdır. 

Son  illər  A Z-in  inkişafı  dünya  iqtisadiyyatında  nəzərə  çarpan 

hadisıələrdən biridir. Bu məsələ MDB ölkə liderlərinin axırıncı üç sammitində də 

diqqət mərkəzində olmuş, nəticədə Azad  qtisadi Zonaların formalarından biri olan 

“Azad ticarət zonalarının yaradılması haqqında” saziş imzalanmışdır. Respublika-

da  belə  zonaların  yaradılması  üzrə  iş  1994-cü  ildə  BMT-nin  inkişaf  proqramı  ilə 

başlanmış,  lakin  1999-cu  ildə  bir  sıra  səbəblər  üzündən  dayandırılmışdır.  Həmin 

illərdə  Sumqayıt  şəhərində  A Z-in  yaradılması  layihəsinə  BMT-nin  Azərbaycan 

Respublikasındakı  nümayəndəsi  Pablo  Lembo  başçılıq  etmişdir.  Sumqayıt 

şə

hərində  yaradılması  nəzərdə  tutulan  iqtisadi  zona  mühüm  spesifik  xüsusiyyət 

daşıdığından  və  respublikamızda  Azad  qtisadi  Zona  quruculuğunun  mərkəzi 

obyektinə  çevrildikdən  onun  səciyyəvi  cəhətlərinin  araşdırılması  məqsədəuyğun 

olardı.  Təəssüflə  qeyd  olunmalıdır  ki,  Sumqayıtda  yaradılması  nəzərdə  tutulan 

Azad  iqtisadi  zona  konsepsiyasının  səmərəliliyi  kompleks  şəkildə  tədqiqatdan 

keçirilməmişdir. BMT-nin Sənaye  nkişafı Təşkilatının (UN DO) xəttilə Sumqayıt 

A Z-nin  yaradılması  üçün  müəyyən  tədqiqatlar  aparılmışdır.  Onun  əhəmiyyətini 

heç  də  azaltmaq  fikrində  deyilik.  Lakin  bu  tədqiqatların  özündə  də  müəyyən 

qaranlıq  qalan  məqamlar  olmuşdur.  Müvafiq  zonanın  adının  tez-tez  dəyişməsi, 



 

52

onun  Sumqayıt  ixracat  zonası  və  ya  Sumqayıt  xüsusi  zonası  kimi  adlandırılması 

buna  əyani  sübutdur.  Digər  tərəfdən,  Sumqayıt  Azad  qtisadi  Zonasının 

yaradılmasının  ümumi  layihəsi  və  proqramı  geniş  ictimaiyyətə  tam  şəkildə 

çatdırılmamışdır. Sumqayıt Azad iqtisadi zonasının yaradılmasının başlıca vəzifəsi 

şə

hərin  əsas  aparıcı  istehsal  sahələrinin  dirçəldilməsi  və  müasir  tələblərə  cavab 

verən  səviyyəyə  çatdırılması,  əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsi, 

ekoloji mühitin sağlamlaşdırılması, şəhərin elmi-texniki potensialından maksimum 

istifadə edilməsi problemlərinə yönəlmişdir.  

Dünya  təcrübəsinə  görə  A Z  yalnız  istehlak  mallarının  müəyyən  əraziyə 

rüsumsuz  idxalını  deyil,  əsasən  ölkənin  müəyyən  ərazisinin  iqtisadiyyatını  qısa 

müddətdə  canlandıra  bilən  istehsal  sahələrinin  dirçəlməsinə  kömək  edəcək  idxalı 

özündə birləşdirmişdir. 

A Z-in  yaradılması  və  fəaliyyəti  sahəsində  xarici  ölkələrin  təcrübəsinin 

öyrənilməsi  və  ümumiləşdirilməsi  kontekstində  Azərbaycan  Respublikasında  da 

müvafiq  zonaların  yaradılması  zəruriliyini  əsaslandırmaq  olar.  Bu  əsaslandırma 

aşağıdakıları əhatə edir: 

-  A Z-in  təşkili  inzibati  nöqteyi-nəzərdə  zəhmətli  iş  olduğundan  onların 

istismarı  ilə  ya  xüsusi  olaraq  hökumət  tərəfindən  yaradılmış  inzibati  strukturlar, 

yaxud dövlət şirkətləri məşğul olmalıdırlar. 

-  inkişaf  etməkdə  olan  ölkələrin  ixrac  istehsal  zonalarının  yaradılması 

təcrübəsi,  həmin  ölkələrin  inkişafında  mühüm  rol  oynayır  və  bu  meyl 

respublikamız üçün də məqbul sayılır. 

-  A Z-in  müvəffəqiyyəti  dövlətin  dəstəyindən  və  ən  yüksək  səviyyəli 

idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir. 

- daha yaxşı idarəetmə məqsədilə ölkənin müəyyən zonaların inkişafı üzrə 

səhmdar  cəmiyyətlərin  yaradılmasında  Azad  iqtisadi  zonalar  əhəmiyyətli 

olacaqdır. 

- ölkənin daxili bazarını yüksək keyfiyyətli mallar, ilk növbədə idxalı əvəz 

edən  mallarla  zənginləşdirməkdə  azad  iqtisadi  zonaların  yaradılması  müvəffəq 

nəticələr verəcəkdir. 

 

53

-  Offşor  mərkəzlər  Marşal  planından  sonra  meydana  gəlmişdir.  ABŞ 

dövləti  bir  çox  əmtəələr  üzrə  avropalı  sənayeçilərə  sifarişlər  verərək  dollar 

ifadəsində  həmin  məhsulları  almışdır.  Eyni  zamanda  bu  sferanı  təmsil  edən 

müəssisələr əvəzsiz olaraq borc və subsidiyalar əldə etmişlər. Müasir dövrdə offşor 

termini  kontinental  şelfdə  neft-qaz  hasilatında  da  geniş  istifadə  olunur.  Xəzərin 

Azərbaycan  sektorunda  “Əsrin  müqaviləsi”  çərçivəsində  hasilat  və  işləmələri 

həyata  keçirən  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  də  offşor  təyinatlı 

orqandır. Onun offşorluğunu təkcə Azərbaycandan aldığı imtiyazlar deyil, həm də 

bir şirkət olaraq azad iqtisadi zonadan qeydiyyatdan keçməsidir.  

Azərbaycanda belə zonaların yaradılması üçün real imkanlar vardır. Bunlar 

aşağıdakılardır: 

1. Azərbaycan əlverişli coğrafi-nəqliyyat mövqeyi ilə yanaşı inkişaf etmiş 

beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsinə də malikdir ki, bu da xariclə intensiv 

ə

laqələr saxlamağa imkan yaradır. 

2. Azərbaycan bütövlükdə, onun bir çox bölgələri isə ayrılıqda güclü təbii-

iqtisadi  potensiala  malikdir:  zəngin  xammal  ehtiyatlarına,  əlverişli  təbii-iqlim 

şə

raitinə, məhsuldar torpaq sahələrinə, bol və ucuz işçi qüvvəsinə və s. 

3. Azərbaycanın bir sıra bölgələrində müasir texniki-iqtisadi bazaya malik 

sənaye müəssisələri, istehsal sahələri və infrastruktur obyektləri mövcuddur. 

4. Azərbaycanda bir çox sahələr üzrə güclü elmi potensial və ixtisaslı kadr 

ehtiyatı mövcuddur. 

5. Ölkədə bazar münasibətlərinə keçidlə əlaqədar olaraq aparılan islahatlar 

nəticəsində  (mülkiyyətin  özəlləşdirilməsi,  qiymətin  sərbəstləşdirilməsi,  bazar 

infrastrukturunun  yaradılması  və  s.)  beynəlxalq  biznesin  tələblərinə  cavab  verən 

təsərrüfatçılıq mühitinin yaradılması istiqamətində real işlər görülür.  

6.  Ölkədə  xarici  investisiyaların  cəlb  olunması  və  onun  mühafizəsi 

haqqında, xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında və s. bu 

kimi digər hüquqi-normativ aktların qəbul olunması və onların həyata keçirilməsi 

üçün təşkilati idarəetmə işləri görülüb. 

7.  Ölkədə  artıq  xarici  işgüzar  dairələrlə  birgə  təsərrüfatçılıq  fəaliyyəti  ilə 

məşğul olmaq və digər əməkdaşlıq etmək təcrübəsi mövcuddur. 



:

application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


in-a-loud-calm-voice--.html

in-a-world-first-.html

in-accordance-with-a-103.html

in-accordance-with-a-108.html

in-accordance-with-a-112.html