1 ... 138 139 140 141 142 143 144 145 ... 402

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

səhifə142/402
tarix08.07.2018
ölçüsü10.69 Mb.

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

 

221 


 Qafqaz University                                    18-19 April 2014, Baku, Azerbaijan 

dan üzü Şıxlıya gedəjəm (Qazax), İndijə getdi (Qarabağ), Salığ olsun bağlarda biil bihədd bəhər olaceg, hindidən məlim 

eliyir (Bakı), Sirəngün süzə gəlmişdim, öydə olmadun (Bakı), Əli biyağ gəlmişdi (Bakı), Savax ertə gejdən duruf bazara 

getdim (Şəki), İnişil pammığ, barama plannın doldurmuşduz (Muğan), Ən əzzəlcə öyi tikirüg (Salyan), Su yazzan-yaza gəlir 

(Salyan), Mən obaş durdum (Naxçıvan), Böyün mənim bu adama  

 

işim düşüp (Naxçıvan), Onu israğayinnəri yola salduğ getdi (İsmayıllı),  İndiyənətənə qulluğ elədim (Borçalı) və s. 

(1.səh 277, 278) 

 Yemek adları da günün vaxtlarına görə işlənir: səhər yeməyi, qəlyanaltı, günorta yeməyi-nahar, axşam yemeyi-şam. 

Həmçinin insanlar bir - birilə görüşəndə belə günün hansı hissəsində görüşmələrindən asılı olaraq salamlaşırlar: günün 

birinci hissəsində  əsasən  sabahın xeyir, günortan xeyir, ikinci hissəsində isə  axşamın xeyir, gecən xeyir. Ayrılanda isə 

gecən xeyirə qalsın, xeyirə qarşı, sabaha dək və sairə kimi sözlərdən istifadə olunur. Hər vaxtın xeyir, aqibətin xeyir, 

görüşənədək və sairə kimi sözlər isə günün istənilən vaxtında işlənilir.  

Həftə günlərini ifadə edən bir neçə leksik qrup vardır ki, bunlar eyni faktı ifadə etməklə yanaşı  ədəbi dilə  və xalq 

danışıq dilinə  məxsus olmaları ilə bir-birindən seçilir. Həm  ədəbi dildə, həm də xalq danışıq dilində  həftənin günləri 

aşağıdakı kimi işlənir: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə,  şənbə, bazar. Adi danışıqda həftə 

günlərinin adlarını başqa leksik qrupla adlandırırlar: birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, altıncı 

gün, bazar. 

Azərbaycan dilində  işlənən ay adlarının hamısı alınmadır.  İldə dörd fəsil və  hər fəsildə üç ay vardır.(2.səh 72,73) 

Dekabr, yanvar, fevral qış ayları, mart, aprel, may yaz ayları, iyun, iyul, avqust yay ayları, sentyabr, oktyabr, noyabr payız 

aylarıdır.Ramazan ayı  və ya mübarək ay deyilən bir ifadə  də vardır ki, bu ay yuxarıda adını  çəkdiyimiz aylardan biri 

nəzərdə tutulur, yəni orucluq hansı aya düşürsə həmin ay belə adlandırılır. 

Fəsil adları  qış, yaz, yay, payızdır. Yazı çox vaxt bahar adlandırırlar ki, bu da yaz aylarında təbiətin, torpağın 

canlanması ilə əlaqədardır. Fəsil adları ilə bağlı məsəl də var: “Qorx payızdan qabağınca qış gəlir, qorxma qışdan qabağınca 

yaz gəlir.” Fəsil adlarını isti və soyuq mövsumlərlə  əlaqədar olaraq ayırırlar. Çox zaman adi danışıqda deyilir: ilin isti 

çağında işləmək lazımdır. Burada ilin isti çağı dedikdə yay fəsli, isti aylar nəzərdə tutulur. X Günün bu istisində  və ya 

günün bu şaqqamasında çöldə nə edirsən? Burada isə günün günorta vaxtı nəzərdə tutulur. 

Zaman adlarından yaranmış bir çox söz qrupları vardır. Məsələn, mövsümlə bağlı olan məkan adları: yaylaq, qışlaq və 

sairə. Mövsümlə yaxud günün vaxtları ilə bağlı olan hərəkət adları: yaylamaq, qışlamaq və sairə. 

İlin fəsillərini bildirən adlar da dilimizdə metafora funksiyasında işlənir. Qış, yaz, bahar, payız, yay kimi sözlər bədii 

dildə rəngarəng məcazi mənalar kəsb etmək keyfiyyətinə malikdir. Məsələn, ilin ən gözəl fəslini tərənnüm edən bahar, yaz 

sözləri bədii əsərlərdə xoşbəxtlik, azadlıq, gənclik, sevinc və sairə müsbət mənalar bildirir.Aşağıdakı bədii parçalardan bunu 

açıq görmək olur: (3. səh 91) 

         Ey azad gün, azad insan,           Doyunca iç bu bahardan!                                                           (S. Vurğun, Lirika)  İnsan məhəbbətilə  Yer üzü bahar olsun! 

 

                                           (R. Rza, Açın qapıları insan gəlir) 

Həmçinin bahar fəsli bədii ədəbiyyatda da digər fəsillərdən üstün tutulur, bu fəslin adına daha çox təsadüf olunur :  Mən inanmıram  ki,  bizim  əsrin  şairləri  bahar  fəslini, məsələn qış  fəslindən  artıq  tutalar (C.Məmmədquluzadə). 

Payız sözü poetik nitqdə,  əsasən, insanın yaşa dolan, qış isə qocalıq dövrünün simvolu kimi verilir. Qış sözü bədii 

dildə bədbinlik, pis gün kimi məcazi mənalar da ifadə edir.(3. səh 91)                                      Ağarmış saçında, saqqalı da qış... 

                                                       (S. Vurğun, Lirika) 

Sutkanın müəyyən vaxtını bildirən səhər, sabah, gecə, gündüz kimi sözlər də metafora funksiyasında işlənə bilir. 

Səhər, sabah, gündüz sözləri obrazlı mənada azadlıq, xoşbəxtlik kimi anlayışlar ifadə edir. 

 Beləliklə də, həqiqi mənada yaxın olmayan sözlər məcazi mənada sinonimləşir. Gündüz sözü yaxşı, işıqlı, gecə sözü 

isə pis, çətin, ağır gün mənasında işlənərək məcazi məna kəsb edir və bu iki metafora bədii üslubda əksər hallarda 

qarşılaşdırılır. (3. səh 91)   İxtiyar: - Döndü qaranlıq gecəyə gündüzüm                  Uf, fərq etmiyor əsla gözüm.                                                                    (H. Cavid, İblis) 

Zamanın həyatımızdakı önəmi və rolu çox böyükdür. Elə buna görə də zaman məzmunu bildirən hər bir söz, ifadə istər 

gündəlik həyatımızda, istərsə də bədii ədəbiyyatımızda öz əksini geniş şəkildə müxtəlif formalarda öz əksini tapmışdır. 

Zaman məzmunu bildirən sözlərin daha geniş və dəqiq araşdırılmasına ehtiyac vardır:  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

 

222 


 Qafqaz University                                    18-19 April 2014, Baku, Azerbaijan 

1.  Zaman məzmunlu bəzi sözlərin hansı nitq hissəsinə aid olmasını (isim yoxsa zərf) dəqiqləşdirmək. 

2.  Zaman məzmunlu sözlərin həyatımızdakı rolunu daha geniş şəkildə aydınlaşdırmaq 

3.  Dialektlərimizdə işlənən zaman məzmunlu sözlərin ədəbi dilmizdə işlənən zaman məzmunlu sözlərdən fonetik və 

leksik baxımından fərqli və oxşar cəhətlərini müəyyənləşdirmək 

4.  Bədii ədəbiyyatımızda olan zaman məzmunlu sözləri daha geniş şəkildə təhlilə cəlb etmək 

 

İstifadə olunmuş ədəbiyyat: 

1.  M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. Bakı. Şərq-Qərb. 2008 

2.  Q.Cəfərov. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı. Elm. 1984 

3.  T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı. Elm. 1980 

 

 

LEKSİK TƏKRARLAR 

 

Türkan  ZEYNALLI  

Bakı Slavyan Universiteti 

turkan_zeynalli@mail.ru 

 

Mətn daxilində bütöv bir cümlə, söz birləşməsi, sözlər təkrar kimi çıxış edir. Bu baxımdan, onlar iki komponentli 

əlaqə vasitəsi kimi özünü göstərir: təkrar edən və təkrar olunan hissələr. Adətən, mətndə təkrarlar rəmz kimi qəbul olunur. 

Biz istər, klassik, istərsə də, müasir ədəbiyyatda təkrarların üslubi işlənilmə tezliyini müəyyənləşdirə bilərik. Təkrar edilən 

sözlər ( köməkçi və əsas nitq hissələri), cümlələr, söz birləşmələri mətnə ağırlıq gətirmir, sadəcə müəllif və oxucu arasında 

müəllifin düşüncəsini, tələffüzünü, “hansı duyğu və hisləri keçirmə” dərəcəsini müəyyənləşdirir. 

Leksik təkrarların, tam, natamam və sıfır leksik təkrarlar kimi müxtəlif növləri vardır. Sadə cümlə konstruksiyasında 

əsas nitq hissələrinin müxtəlif işlənilmə  tərzinə rast gəliriksə, çoxkomponentli mürəkkəb cümlə daxilində deyiktik 

vasitələrin, bağlayıcı və ədatların, modal sözlərin, ara sözlərin, xitabların və s. kimi daha çox köməkçi vasitələrin böyük bir 

mətnin  əlaqələndirici vasitə kimi çıxış etdiyini görə bilərik. Sinonimlər,  əvəzləyici sözlər, metonimik vasitələr də leksik 

təkrarlar kimi çıxış edir. Bəzən həm öz, həm də digər dillərə məxsus eyni sözlər sinonim kimi çixiş edir. Məs.;  

Taxçaya qoydum çırağı, 

Rövşən eyləsin bucağı,  

İşıqlandırsın otağı, 

                                                            Çünki yetişib firuz 

  Xoş keçəcəkdir Novruz. 

Tam leksik təkrarlara: 

Vaxt olar, Məhəmməd tez gələr çoşa, 

Vaxt olar, heç əlim getməz bir işə, 

Vaxt olar, dönərsən dəmirə, daşa, 

Vaxt olar, şüşə tək sınarsan, könül.      (Azərbaycan aşıqları , 212)  

 

Dədəm dedi: zülm edəni udar torpaq, 

Dədəm dedi: südü haram, olmaz hala, 

Dədəm dedi: söz qılıncdır.                          (“Qaraoğlu “dastanı , 30)  

 

Natamam leksik təkrarlara misal olaraq : 

“Sənin adınla başlayıram bu yazını... 

Bütün yazıları yazan Sənsən. Məni də sən yazmısan. Sən görənsən, eşidənsən, hər əməli bilənsən. Salam olsun sənə. 

Son günün yiyəsinə. Təkcə sənə əyilmişəm. Kömək elə mənə. Duam sənədir.Doğru yola çıxart məni. Sevgilərinin yoluna. 

Sən təksən. Nə yerdəsən, nə göydəsən. Nə varsan, nə yoxsan. Səni görən yox , eşidən yox. Doğulmamısan, ölməyəcəksən. 

sən mənim könlümdəsən. Sən varı yoxdan yaratdın. Mən də yox idim. Məni yaratdın. Sən səbəbsən, mən nəticə. Sən 

böyüksən, bu quru sözlərimə ruh ver... Özümə heç nə istəmirəm. Məni pislərdən, sözü- fikrləri, dolaşıqlardan eləmə... 

Mən də təkəm...”  (O.Fikrətoğlunun , “Vaxt”,  226) 

Sıfır (elliptik) təkrarlar. Ellipsis cümlədə tapılması mümkün olan, hər hansı komponentdə bu və ya başqa vahidin 

formal baxımdan iştirak etməməsidir. “Ellipsisi təyin etmək üçün cümlənin pozision analizi metodikasından istifadə olunur. 

Bu metodikaya görə, cümlə bütün üzvlərinə müəyyən mövqelərin təhkim olunduğu bir model kimi nəzərdə keçirilir. Bu 

mövqen çıxış edən T.Şopen ellipsisin həm də iki növünü fərqləndirir: analipsis (və ya irəli) və katalipsis (geri) “Azərbaycan 

dilində mürəkkəb sintaktik bütövlər, 135) 



:

Uploads -> Ebooks
Ebooks -> CəFƏR İbrahimov
Ebooks -> Annotasiya
Ebooks -> Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil
Ebooks -> Mövzu 3. MÜAsir döVRÜn sosial- qlobal problemləRI. saat plan
Ebooks -> Pedaqogika. Əlizadə Nigar. Qrup 203
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


in-my-bedroom-there-is-a.html

in-occasione-della.html

in-olsun--yi-tatiller.html

in-order-to-ensure-the.html

in-person-donation-form.html