1 ... 152 153 154 155 156 157 158 159 ... 402

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

səhifə156/402
tarix08.07.2018
ölçüsü10.69 Mb.

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

 

245 


 Qafqaz University                                    18-19 April 2014, Baku, Azerbaijan 

Nəriman Həsənzadənin “Atabəylər” dramı dövlətçilik ideyasının daşıyıcısı kimi və milli mənafelərin  əks etdirilməsi 

baxımından zamanı qabaqlamış bir sənət  əsəridir. Dramaturq “tarixi xronika” adlandırdığı  mənzum dramında Atabəylər 

tarixinin Qızıl Arslan hakimiyyəti dönəmini əks etdirməklə Azərbaycanın “qızıl dövrü”nün – 1186-1191-ci illərin siyasi və 

mədəni mühitinin mini panoramını yaratmağa nail olmuşdur.  

“Atabəylər” dramının personajlar sistemi özünəməxsusluğu ilə diqqətəlayiqdir. Dramın personajlar sistemini tarixi 

şəxsiyyətlər (Atabəy Qızıl Arslan,  İnanc xatun, Nizami, Əcəmi, Toğrul bəy, Əbubəkr, Mahmud), müəllifin təxəyyülünün 

canlandırdığı obrazlar (Ayəba, Ruz, Gülaçar, Əbuşər, Yad adam), köməkçi personajlar (bağban, kənizlər, əsgərlər, elçilər, 

ozan, rəqqasələr) və ayrıca tarixi hadisələri xronologiyasını  qələmə alan salnaməçi obrazı  təşkil edir. Qızıl Arslan, İnanc 

xatun, Toğrul bəy,  Əbubəkr və Mahmud, həmçinin köməkçi personajlar tarixin siyasi prosesinin fiktiv müstəvidə  də 

iştirakçılarıdır. Nizami, Əcəmi, bağban və ozan obrazlarının canlandırılması ilə Atabəylər dövründə Azərbaycanın mədəni 

həyatının tarixi səhifələri işıqlandırılır. Müəllifin bu obrazları yaratmaqda məqsədi Atabəylər dövründə Azərbaycanın 

mədəni-ictimai mühitinin inkişafını  əks etdirməyə çalışmasıdır.  Əsərdə Nizami salnaməçi tərəfindən yeddinci personaj 

olaraq belə  təqdim olunur: “Azərbaycanın böyük şairi Nizamidir. “Xosrov və  Şirin” poemasını Cahan Pəhləvana həsr 

etmişdir.”  

Nizami və Əcəminin səhnəyə gəlişi, İnanc xatunla qarşılaşmaları əsərin ekspozisiyasını təşkil edir. Azərbaycan ədəbi-

bədii fikrində ilk dəfə olaraq XII əsrin iki müxtəlif qüdrətli sənətkarının – Nizami Gəncəvi ilə memar Əcəminin Naxçıvanda 

görüşməsi epizodu “Atabəylər” dramında verilmişdir ki, bu da tarixi həqiqət kimi sonrakı elmi araşdırmalarda da öz 

təsdiqini tapa bilmişdir.”Bu mənim  ən uzaq səyahətimdir” deməklə Nizaminin bir tarixi fakt olaraq uzaq səfərlərə 

çıxmamasına işarə olunmuşdur.  “Görkəmli  şərqşünas professor Rüstəm  Əliyevin Nizami Gəncəvinin Naxçıvana səfəri 

haqqındakı elmi açıqlamalıarı  bədii təxəyyüldə ehtimal olunan görüşün tarixi gerçəklik olduğunu yəqinləşdirdi. Bu fakt 

Nəriman Həsənzadənin tarixə bədii yanaşmasının elmi məntiqə əsaslandığını nümayiş etdirir.” (İsa Həbibbəyli) 

Nizami Gəncəvi obrazı dramın birinci pərdəsinin birinci şəklində, üçüncü pərdənin üçüncü şəklində  səhnəyə  çıxır. 

Səhnəyə birinci çıxışı Naxçıvanda Mömünə xatun türbəsinin açılışı  mərasiminə  dəvət alması  və ziyarətə  gəlməsi ilə 

bağlıdırsa, ikinci çıxışı Qızıl Arslanın Gəncəyə gəlişi zamanı Nizami ilə görüşməsinin təsviri ilə əlaqədardır.  

Nəriman Həsənzadə Nizami və Əcəmini “dövrün məşəli” adlandırır. Atabəy Qızıl Arslanın dilindən “Sən quran əlisən, 

o yazan əli” deyərək sənətkarları tarixin yaradıcıları kimi görür. Qızıl Arslan şairi millətin taleyində  əhəmiyyətli rol 

oynayan bir şəxsiyyət kimi dəyərləndirir, onu millətin dilmancı adlandırır. Nizaminin millətin tarixi taleyindəki rolunu 

dramaturq Qızıl Arslanın nitqində belə müəyyənləşdirir: 

                           

“Nə vaxt yetişərsə böyük sənətkar, 

                

           Hər xalqın şöhrəti o vaxta düşər.” 

“Atabəylər” dramında Nizami Gəncəvinin ədəbi siması  iki qısa epizodda ətraflı şəkildə öz bədii ifadəsini tapmışdır. 

Nizami bir mütəfəkkirdir, təbibdir, siyasi proseslərə müdaxilə edən söz sahibidir, həm də dünya nemətindən könlünü üzüb 

guşənişinliyə  çəkilmiş bir zahiddir. Nizaminin əsərlərindən yeri gəldikcə misallar gətirilməsi surəti dolğunlaşdırır,  əsərin 

məna gücünü artırır. Azərbaycan dilinin  milli mədəniyyətimizin inkişafından kənarda qalması narahatlığının Nizami   

yaradıcılığında öz ifadəsini tapdığı kimi, dramın da problematikasını zənginləşdirmişdir. 

“Atabəylər” dramında yer alan personajların adları həm də onların xarakterinin təmsilçisidir. Əbuşər “şərin atası” kimi 

məna ifadə edərək hadisələrin cərəyanındakı rolundan xəbər verir. Gülaçar, Bağban adları Azərbaycanın inkişafı  və 

çiçəklənməsi arzusunun rəmzləri kimi çıxış edir.  

Nəriman Həsənzadənin “Atabəylər” dramı Nizami obrazının yaradılması ilə ədəbiyyat tariximizdə şairin həyatına həsr 

olinmiş əsərlər siyahısında önə çəkilmiş əsərlərdən biri kimi diqqətəlayiqdir.    

 

 

 

NƏSİMİNİN FƏLSƏFİ DİLİ 

 

Gülcahan ADIGÖZƏLOVA 

Qafqaz Universiteti 

adigozelova90@mail.ru    

Müdrik  şərq dünyasının ayrılmaz hissəsi olan Azərbaycan dünya fəlsəfi fikirlərini zənginləşdirən Xətib Təbrizi, 

Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi kimi şəxsiyyətlərin vətəni olmuşdur. Azərbaycanın böyük şair filosoflarının 

fəlsəfi görüşləri qoca şərqin fəlsəfi məktəbinin bünövrəsi üzərində ucalmışdır. Azərbaycan hər dövrdə öz fəlsəfi baxışları ilə 

seçilən böyük şəxsiyyətlər yaratmışdır.  

XIV əsr Azərbaycan ədəbi-bədii dilinin görkəmli nümayəndəsi İmadəddin Nəsimi ümumən Azərbaycan mədəniyyəti 

tarixində Azərbaycan - türk dilində fəlsəfi fikrin ən qabaqcıl tərənnümçüsü kimi şöhrətlənmişdir.Nəsimi Azərbaycan xalq 

dilini ilk dəfə geniş dairədə ədəbi dil səviyyəsinə yüksəldən, Azərbaycan xalq dilinin bütün zənginliklərini duyub hiss edən, 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

 

246 


 Qafqaz University                                    18-19 April 2014, Baku, Azerbaijan 

Azərbaycan xalq dilinin leksik və qrammatik vahidlərinə maksimum poetik don geyindirən, Azərbaycan dilini fars və ərəb 

dilləri ilə rəqabətə sövq edən və bu rəqabətdə Azərbaycan-türk dilinə uğurlar qazandıran, xalq danışıq dili sözlərini poetik-

fəlsəfi mənalarla zənginləşdirən ilk böyük filosof şairdir. O, ilk dəfə bu yolla ana dilli şeirimizin üslubi imkanlarını 

genişləndirmiş, ilk dəfə olaraq qlobal şəkildə Azərbaycan – türk sözünə - Azərbaycan  şeirinə  fəlsəfi mahiyyət vermiş, 

“Azərbaycan  ədəbi dilinin elmi-fəlsəfi səviyyəsini təmin etmiş” (T.Hacıyev) və beləliklə  də, Azərbaycan fəlsəfi 

poeziyasının banisi olmaqla, Azərbaycan ədəbi dilində elmi-fəlsəfi fikrin ilk kamil nümunələrini yaratmışdır. Bununla da, 

Azərbaycan elmi-fəlsəfi qolunun istiqamətini formalaşdırmışdır. 

Nəsiminin yaradıcılığı dil baxımından iki istiqamətdə inkişaf etmişdir. Birinci istiqamət onun xalq ruhunda, milli 

sözlərlə  zəngin  şeirlərindən ibarətdir.  İkinci istiqamət isə onun fəlsəfi  şeirlərinin dilidir. Nəsiminin fəlsəfi dili olduqca 

mürəkkəb və qəliz bir dildir. Bu dili anlamaq və çözmək elə də asan deyil. Bu dili anlamaqçün onun hürufi ideyalarını, ilahi 

eşqini, insana verdiyi dəyəri dərk etmək vacibdir. Əks halda Nəsimi dili möhürlü bir xəzinə olaraq qalacaq və onu açmaq 

mümkün olmayacaqdır. 

Nəsiminin bədii yaradıcılığında  ədəbi dilin əsas vasitələrindən sayılan müxtəlif semantikalı söz-şeirlərinin geniş 

mənada işlədilməsi XIII-XIV əsr Azərbaycan  ədəbi dilinin milli səviyyəli söz-terminlərlə  zənginləşməsində böyük rol 

oynamışdır. Şairin müxtəlif elmi biliklərlə əlaqədar işlətdiyi sözlər. Məsələn: təbiət elmi ilə bağlı; yaz, bahar, torpaq, xak, 

baş (yara), bağır (cigər), pambıq, göz, bəbək, bulud və s. Hərblə bağlı: ləşkər, çəri, meydan, bölük, ox (tir) və s. Dini 

inamlarla bağlı: Tanrı (Çələb), yaradan (Allah), uçmaq (cənnət), tamu (cəhənnəm), mömin, fəna, Quran, qiblə, namaz və s. 

İslam dini ilə əlaqədar olaraq işlənmiş dini söz və terminlərin seçilib işlənməsində ərəb dili və onun leksik vasitələri əsas 

mənbə olsa da, şair əsərlərində türk mənşəli sözlərə də geniş yer vermişdir. 

Nəsimi hürufizmin ən mübariz təbliğatçısı kimi bütün Yaxın və Orta şərq ölkələrini gəzmiş, qurbanı olduğu 

məsləkinin – hürufizm təriqətinin və onun lideri Şeyx Fəzlullah Nəiminin ictima-siyasi görüşlərini təbliğ etmiş, Azərbaycan 

mədəniyyəti tarixində ilk böyük şair kimi şərqin üç aparıcı dilində - ərəb, fars və Azərbaycan türkcəsində  şedevrlər 

yaratmışdır. Nəsimi öz xalqını dünyada var olan elmi biliklərlə silahlandırmaq missiyasını yerinə yetirmişdir. Bunun üçün 

böyük şair Azərbaycan dilinin sintaktik quruluşu qəliblərindən – söz birləşmələrindən, sadə və mürəkkəb cümlə tiplərindən 

mübariz şəkildə istifadə etmişdir. Nəsimi dilində bir qrup saylar da vardır ki, bunlar xalqın milli təfəkküründə heç bir fəlsəfi 

məna kəsb etməməsinə baxmayaraq, böyük şair bu saylara fəlsəfi don geyindirmiş, hər birinin  fəlsəfi mənasını açıqlamış, 

qəzəllərində məharətlə istifadə etmişdir. 

Nəsimi aləmində  İnsan dünyanın maddi və  mənəvi mövqeyindədir. Bütün bunlar Nəsiminin tapındığı hürufi 

ideyalogiyasının  əsasını, rüşeymini təşkil edirdi. Çünki hürufizmdə Allahın təbiətdə,  əşyada, sözdə, xüsusən  İnsanda 

təcəssümü əsas hesab edilmişdir.Nəsimi bir hürufi şair kimi İnsanı yüksək qiymətləndirmiş, onu yer üzünün – bütün mənəvi 

və cismani aləmin ən kamili hesab etmişdir.  

Şairin fəlsəfi dili olduqca mürəkkəb bir dil olsa da, daim maraq doğurmuş,  əsrlərdir ki, hələ  də tam şəkildə 

öyrənilməmiş və daim tədqiqata ehtiyac duyulmuşdur. 

 

SABİR AZƏRİ NƏSRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK MƏSƏLƏSİ

 

 

Gülşanə XUDİYEVA 

Azərbaycan Dillər Universiteti 

email_me@mail.ru

 

 

Milli özünüdərk problemi ədəbiyyatda bir neçə şəkildə təzahür edə bilər. Bu mənada tarixi mövzulara müraciət, folklor 

motivlərindən istifadə  və s. xarakterikdir. Yazıçı tarixi mövzuya müraciət etməklə xalqın qəhrəmanlıq tarixini əks etdirə 

bilir. Oxucuya süni şəkildə unutdurula bilən keçmişi xatırladır. Bu əsərlərdə əks olunan tarixi dövr və hadisələr oxucunu öz 

dövrünün hadisələrinə daha gözüaçıq yanaşmağa sövq edir.  

Sabir Azərinin “Duman çəkilir” povesti XX əsrin  əvvəllərində sovet hakimiyyətinin yeni qurulduğu dövrdə 

Azərbaycan kəndində baş verən hadisələri əks etdirir. Cəmiyyətin təlatümlü dəyişiklik və ya böhran dövrləri bədii ədəbiyyat 

üçün daim zəngin mövzu qaynağı olmuşdur. Bu povestdə müəllif sovet hakimiyyətinin bir sinif kimi məhv etdiyi bəylərin 

yaşadığı faciəni  əks etdirməyə  və yeni qurulan cəmiyyətin kin və nifrətlə yoğrulduğundan mahiyyət etibarilə çürük 

olduğunu aydınlaşdırmağa cəhd göstərir. Bu cəhd sovet yazıçısı üçün cəsarətli addım idi. Sabir Azərinin bu əsəri milli 

kimlik ştrixləri üzərində yazılıb. 

Əsərin  əsas qəhrəmanı  Cəlil bəy müsbət planda təqdim olunan qəhrəmandır. Cəlil bəy obrazı hökumətin 

manqurdlaşdırma siyasətinə qarşı yazıçının nümayiş etdirdiyi etiraz və müqaviməti idi. Ədəbi tənqid həmin dövrdə bu obraz 

haqqında kifayət qədər geniş və müsbət fikir səsləndirmədi. Yazıçının daha çox sosial ictimai problemlərə toxunan əsərləri 

təhlil olunur və  ya  “Duman  çəkilir” povestinin ümumi sənətkarlıq xüsusiyyətləri, mövzunun bədii həlli və s. haqda söz 

açılsa da Cəlil bəy obrazının milli xarakter kimi işlənməsi və obrazın simvolik yükü haqqında qeyd olunmur. 


:

Uploads -> Ebooks
Ebooks -> CəFƏR İbrahimov
Ebooks -> Annotasiya
Ebooks -> Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil
Ebooks -> Mövzu 3. MÜAsir döVRÜn sosial- qlobal problemləRI. saat plan
Ebooks -> Pedaqogika. Əlizadə Nigar. Qrup 203
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


in-praise-of-folly---shif-11.html

in-praise-of-folly---shif-16.html

in-praise-of-folly---shif-20.html

in-praise-of-folly---shif-3.html

in-praise-of-folly---shif-8.html