1 ... 76 77 78 79 80 81 82 83 ... 96

Kulliyyat-14. esas doc - səhifə 80

səhifə80/96
tarix15.03.2018
ölçüsü2.82 Kb.

 
 
327 
–Pəs, indi hardan gəlirey? 
Didi: 
–Vallah,  biz  ayrı  şəhərdən  çıxdik.  Gün  batmışdı  çıxdik,  idtifa-
qən bizə didilər indi çıxmıyaq, qalıız gecə çöldə. Gəlmişik, xülasə, 
burçə  gəlmişik.  Əgər  sən  icazə  versən,  müzahim  olmasax,  aş, 
çöldə qalmiyax, səzəvar dəgil çöldə qalmağumuz. 
Didi: 
–Vallah, sizi içəri gəlməgiz, ya gəlməməgiz mənimçün mühüm 
dəgil. 
–Aş qapun. 
Didi: 
–Qapu açılmaz. Sənin məgər o zaddan xəbərin yoxdu? 
Ərz elədi: 
–Xeyr, məgər, nə xəbərdi?  
Didi: 
–Vallah,  Koroğlınıı  qorxusundan  gündən  iki  saat  qalan  qapı 
bağlanur, gündən iki saat qovzananda qapu açılur və mən heç günə 
başarmaram qapu açam. 
Didi: 
–Kişi, nadan olma, qapun aşgunan. Əgər, Koroğlınıı adunı gə-
tirməseydin, biz gecəni səhər qalardix qapunıı dalında. Amma mən 
bir  öng  zəhmət  çəkmişəm,  mali–dünya  yığdırmışam,  tacir  ol-
muşam. İndi Qoş Koroğlı gələ, əgər mənim özümü də öldürməyə 
də, mən gəlib qədimgi Məlik tüccar olmam. Təmam darligim qarət 
elərəm, didi, sərayında tutaram ətəgindən bir qiyamətdə, aş qapun, 
mənim balalarıma rəhm elə. 
–Osmanlı başına and olsun, qapunu aşmam. 
Didi: 
–Xub,  qapını  açmuray?  Hələ  bir  əlıni  gətirginən  çölə,  bir  yolu 
çay məndən algunan. 
Əlini gərib çölə, dərban baxdı–gördi Koroğlı ovucu hər nə qəd 
tuta  doldurdu  Osman  lirəsiinnən.  Əlin  çəkdi  içəri,  baxdı,  gördi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
328 
ovuc  dolu-doldu  Osman  lirəsiynən.  Bunu  necə  ömrü  ki,  varıb 
tükənməz. Səsləndi: 
–Ürəgim yandı biləyən. 
–Amma,  biləyi  fouri  tamamilə  çək  içəri  ki,  heç  kəs  xəbəri  ol-
miya, bizdən.  
Dedi: 
–Gözümə minnət. 
Qapını açıbdur, əlbəttə, Yumuq Əhmədə didi: 
–Sən kəsginən dərbanın yanun. Olmuya dərban birdən baş tapa, 
qaça əlimizdən. Bizə  heş zad eliyə  bilməzlər, gedələr Eyvəzi zin-
danda öldürələr. Onda suvay təmam dünya mənə veriblər mənim-
çün ərz etmən yoxdur. 
Yumuq  Əhməd  kəsib  əlbəttə,  dərvazəbanın  yanın,  qoymur 
təkan yiyə yerindən. Qatır gəldi tükənmədi, bir zaman dərvazadan 
baxdı, gördi hər at ki, qapıdan rədd olur, bir miqdar gəlir qabağa, 
üstündən iki dənəsi bir yoğun düşür. 
–Ay  dədəm  yandı,  əcəm  tacirbaşı,  bular  sənin  malidünyamuş. 
Əlin ağrımasun, tükənmiyək. Əlan səhər olar. 
Didi: 
–Belə səninən biz söhbət eliirik, qaçır gedir içəri, eybi yoxdur. 
Dəstur
 
vermişdi  qoca,  gediriz  Şah  Abbası  var,  İstambul  şəhrinin 
içindən. Qafilə tükəndi, Koroğlı dəstur verdi, Yumuq Əhmədə didi: 
–Öldür beləsini. 
Didi: 
–Gözüm oyular və didi, nəmənə pulu bulara o kişi mənə verdi, 
o bizi madərhesabımızdur. Hər yerə gedərik pullarımız verək ona, 
o xərşlər. Bizim üçün yolu vermən. Neçə il yaşamışay? 
Didi: 
 –Təqribən əlli dörd, əlli beş, əlli üç. 
Didi: 
–Çox ömür, əlbəttə, pulu ver mən. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
329 
Pulu alıbdur, bu biçarə dərbanı öldürdü. Dərban libaslaru Osmanlı 
libasıdu. Libaslarına girib, eynən kilid sancub belinə oldu dərvazəban. 
Gəliblər  Qoş  Koroğlının  dəliləri,  üz  gəliblər  yığılıblar  həman  Şah 
Abbasıya. Qoş Koroğlı bulara dəstur verdi, didi: 
–Bura  ba  nəzdiki-  sübhdü.  Ürəgim  istiir  səhərçün,  xinkarın  hər 
neçə nigahbanı var öldürəyiz. Öziizdən nigahban qoyeez yerinə. 
Tamam  bu  şəhərdə  hər  neçə  nigahban  vardı,  bular  öldürüblər. 
Özlərindən nigahban qoyublar yerinə. Hər nigahban öldürdülər li-
basların  geyirdilər  əyinlərinə.  Amma  zindan  dövrəsinə  neçə  dənə 
nigəhban  qoyariz.  Fəqət  belə  əgər  bilsə  yalvar-yaxar  elər  çağa-
darız. Beləsinə biz xutkarı tutub öldürə bilərik təmam dəsturlarına 
mubəmu icra elədilər.  
Dəlilər  Qoş  Koroğlını  görüncə,  necə  oldu  o  sübhüdü  özünü 
yetirdi tarsaz əminin dükanı yanına. Əlbəttə, dəlilərə didi: 
–Mən  gedirəm,  tarsazı  dükanına.  Mənim  sazımu  üzü  bir  az 
batıbdur, bir neçə dənə də sədəflərindən düşüb. Mən gedim sazun 
verim qeyirsinlər. Mən gərək aşıqların libasunda casusluğ eliyəm, 
görəm hara haradu və nə xəbərdi?  
Qoş  Koroğlı  aşıqlux  libasunda  özünü  yetirdi  tarsazı  dükanının 
qarşıında oturdu. Tarsaz ol səhəri də gəlmişdi dükana. Baxdı, gördi 
ədlbedil, xülasə, qapunu tutdu. Dəxi gün qapudan içəri düşmür. 
–Hay  ustamız,  bu  sazın  düzəldən?  Aşığam,  gəlmişəm  burda  bir 
neçə dənə toy var, buları çalam. Sazum xərab olub. Bunı düzgünən. 
Didi: 
–Baba, çəkil kənara. Mürdəşür sənə, o sazıya da verüm, özüyə 
də.  Kişi  əvvəli  sübh  sən  bizim  dükanımızın  qapusın  tutdun,  dahi 
tapulımır məgər aşıq de, sən təki. 
Amma  bu  yerə  oturanda  şagirdin  gözə  sataşdı,  gördi  paltovu 
dibinnən şəmşiri–zümrüd-nigar və ucu görüşür. Bildi, hey dad, bu 
adam qurddur, qoyun cildində gəlibdir. Səslədi: 
–Ustacan, əvvəli sübh gəlib, qəribdi–biçaradu, pəs icazə, sazunu 
mən qeyirim.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
330 
Amma, usta bir səxt sillə şagirdə üzünnən. 
–Sən  mənim şagirdim,  mənə dəstur verir. Mən qeyirrəm özüm 
billəm, qeyirməm, qovaram gedər, özüm billəm. 
Amma Koroğlı səsləndi: 
–Usta,  heyif  olsun,  bir  neçə  kəlam  xatirimə  gəlibdir,  bilginən 
sazımı qeyirəsən. 
 Koroğlı deyir: 
Çamlibeldən mən buraya gəlmişəm, 
Usta, sazum düzəlt, aram gedərəm. 
Sınıb sazum, mən sərgərdan qalmuşam, 
Usta, sazum düzəlt, aram gedərəm. 
 
Endim gəldim İstambulu düzünə, 
Mən aşıqəm şagirdinün gözünə, 
Cərgə sədəflərdən doğra üzünə, 
Usta, sazum düzəlt, aram gedərəm. 
 
Yoluya qoymuşam bu şirin canı, 
Bazara tökülər ustanı qanu, 
Tanu, mənəm Çəmlibelin sultanu, 
Usta, sazum düzəlt, aram gedərəm. 
 
Mən səndən soruşdum: dəsturuz neçə? 
Amma dəsturuzu Koroğlı eylədi heçə, 
Hökm elərəm əlan Misri qılıca, 
Usta, sazum düzəlt, aram gedərəm. 
Əlbəttə,  sözüm  təmam  oldu.  Vəli,  ustanu  öldürüp,  bu  tərəfdən 
baxdu, gördi şagird sazu düzəltdi. Mürəttəb elədi: 
–Ağa, məni də öldürə? 
Ərz elədi: 
–Xeyr, səni öldürməm, vəli, bir şərtnən?! Əgər bu şəhərdə mən 
bir zaman gələm, görəm, xəbər tapam kuçekdərin sən mənim adum 
demiş,  dörd  nəfər  bilər  mən  bu  şəhərə  gəlmişəm,  birisi  qocaydu, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mersin-damizlik-koyun-ke.html

mersseman---kwartierstaat.html

mertiolyat--ispolzuemij.html

mertvie-dushi--revizor-.html

meru-mdafaa-kapsamnda.html