1 ... 86 87 88 89 90 91 92 93 ... 96

Kulliyyat-14. esas doc - səhifə 90

səhifə90/96
tarix15.03.2018
ölçüsü2.82 Kb.

 
 
368 
Atımı vuraram sıldırım dağa, 
Meydanda gəzərəm həm sol, həm sağa, 
Düşməni salaram əldən ayağa, 
Məni görçək “gəldi əcəl” deyərlər. 
 
Dava günü at sürərsəm meydana, 
Yerdən toz qovzanar çatar dumana, 
Aslan tək dırnağım boyanar qana, 
Yürüşümə “cəngü–cədəl” deyərlər, 
 
Yüyürsəm hər zaman yağı-köffara, 
Ağ günün onların eylərəm qara, 
Meydanıma gələn güclü sərdara, 
Məni tanıyanlar «cahil» deyərlər. 
Eyvaz  sözünə  son  qoyub  Dəli  Həsənlə  Arzulumda  Cəfər 
paşanın dağından ördək, qaz gətirməyə yollandılar. 
 

Söyləyən: Əfşar 


 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
369 

KOROĞLUNUN TÜRKMƏN SƏFƏRİ 


 
Aşıq  Cünun  Türkmənistan  səfərindən  qayıtdıqdan  sonra  Ey-
vazın  yaraşığını,  igitligini  və  ərdəmini  Koroğluya  bildirdi.  Ocağı 
kor  olan  Koroğlu  ki,  belə  bir  igidi  tapıb  özünə  oğul  eləmək 
qəsdindədir aşıq Cünunun sözlərini eşidib öz-özünə dedi: 
–Haradasa gedib onu gətirib özümə oğul etməliyəm.  
Koroğlunun  bir  adəti  varıydı,  hər  vaxt  dəliləri  bir  yerə  toplamaq 
istəsəydi, bir nərə çəkərdi. Koroğlu Eyvaz barədə olan fikrini hamıya 
bildirərək  onların  da  fikrini  öyrənmək  üçün  bir  nərə  çəkdi.  Dəlilər 
qaçaraq  gəlib  onun  dövrəsinə  toplaşdılar  və  «Buyuruğun  nədir?»  – 
deyə soruşduqda Koroğlu sazı bağrına basaraq dedi: 
Gəlin, gəlin, dəlilərim, başıma, 
Sizə görə söz–söhbətim var mənim. 
İstiirəm siz ilə məsləhətləşəm, 
Bilirsiz ki, bir həsrətim var mənim. 
 
Aşıq Cünun gedib gəzib dünyanı, 
Ərzurumu, bütün Azərbaycanı, 
Türkmənlərdə görüb bircə cavanı, 
Onu gətirmək niyyətim var mənim. 
 
Ardıyca gedərəm mən eldən-elə, 
Eyvazı taparam, tutaram dilə, 
Oğul edib gətirrəm Çənlibelə, 
Gəlməsə, gücüm–qüdrətim var mənim. 
Dəlilər  Koroğlunun  sözünü  eşitdilər.  Aşıq  Cünunu  gətirməyə 
gedən  dəlilər:  –  Aşıq  Cünunun  sözü  düzdür-  deyə,  –  Koroğlunu 
Eyvazı gətirməyə getməyə daha artıq qurşadılar. Koroğlu dəlilərlə 
artıq danışıqlar apardıqdan sonra gecəni yataraq sabah səhər tezdən 
Türkmənistana  yollanmaq  qərarına  gəldilər.  Gecə  yatmalı  vaxt 
oldu. Koroğlu Aşıq Cünunu çağırıb dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
370 
–Aşıq Cünun, səhər çağı mən gün çıxar–çıxmazda yola düşmə-
liyəm, məni yuxudan oyatmaq sənə baxır. 
Aşıq  Cünun  «Baş  üstə»  dedi.  Koroğlu  öz  yatağına  getdi.  Aşıq 
Cünun  səhər  çağı  Koroğlunu  oyadacağı  üçün  gecə  yatmamalıydı. 
Onun oyaq qalmağını görən gözətçilərdən biri: 
–Aşıq, niyə yatmamısan? – soruşduqda aşıq cavab verdi: 
–Səhər  çağı  gün  çıxmamış  Koroğlunu  oyadacağam.  Ona  görə 
gedib yatmamışam.  
Dəli dedi: 
–Sənin  qaçmağının  acığı  Koroğlunun  canından  çıxmayıbdır. 
Özünü  oyatmağı  sənə  tapşırdıqda,  şübhəsiz,  səni  incitməyə  bir 
mahna  axtarır!  Dua  elə,  sən  çağıranda  oyansa  da,  özünü  yuxu-
luluğa vurub sonra «Məni oyatmadın» deyə, səni incitməsin. 
Koroğlunun  qəsdi  belə  bir  zad  olmasaydı  da,  bu  söz  aşıx  Cü-
nunu  qorxutdu.  Aşıq  Cünun  gecəni  ayıq  qalaraq  bu  sözləri  tərən-
nüm edirdi: 
Sən mənə kömək ol, qadir Allahım! 
Bu gün tez yuxudan dura Koroğlu. 
Qorxusundan çıxar göylərə ahım, 
Qoyma qulağımı bura Koroğlu. 
 
Deyirlər, acıqlı, yaman halı var, 
Qüdrəti var, cəlalı var, malı var, 
Durmasa başımın qalma-qalı var, 
Basacaqdır məni gora Koroğlu. 
 
Arzum budur, oyanarkən şad olsun, 
Gözü aydın, ağzı dolu dad olsun, 
Qoymaginən mənimlə o yad olsun, 
Durcaq dar ağacın qura Koroğlu. 
Nəhayət, dan ulduzu çıxdı, hava  işıqlandı. Aşıq Cünun Koroğ-
lunu  oyatmağa  gəldi.  Bir  dönə  çağırdıqda  oyandı.  Koroğlu  ya-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
371 
raqlandı,  sazını  da  götürüb  Qıratın  belinə  qondu  və  bir  nərə  ilə 
dəliləri  öz  dövrəsinə  topladı.  Sonra  Aşıq  Cünunu  yaxına  çağırıb 
neçə sikkə qızıl ona verərək soruşdu: 
–Aşıq Cünun, sən Türkmən ölkəsinə getmisən. De görüm, mən 
hansı yoldan getsəm oraya tez çataram?! 
Bu  sorğunu  eşidən  Aşıq  Cünun  Koroğludan  icazə  alıb  yolların 
necə olduğunu saz ilə söyləmək istədi və sazı kökləyib başladı: 
Çənlibeldən Türkmənə gedəndə, 
Əvvəl çatar Ərcistana, Koroğlu. 
Dörd yana ayrılır yol Ərcistanda, 
Hər biri gedir bir yana, Koroğlu! 
 
Məğribdən gedən yol çox-çox yavıxdır, 
Amma ordan getmə, xətəri çoxdur, 
Dağdır–daşdır, qardır–qışdır, soyuxdur, 
Dağlar batıblar dumana, Koroğlu! 
 
Yol gedir Təbəristanda üç olur, 
İkisi düz gedir, biri piç olur, 
Düz gedənlər gedir-gedir heç olur, 
Gedir çatır biyabana, Koroğlu! 
 
Tutub getməlisən o ayrı yolu, 
O yol ilə gedir ticarət malı, 
O yoldan üzülməz karvanın dalı, 
Uzaqdır isə Türkmana, Koroğlu! 
 
Aşıq Cünun deyir, budur nişana, 
Ondan sağ yol dönür gedir Kirmana. 
Sol caddədə görsən tanış, bigana, 
Hər sirrin var söylə ona, Koroğlu! 
Koroğlu  haralardan  keçəcəyini  Aşıq  Cünundan  öyrəndi.  Sonra 
sazı kökləyib dəlilərə xitabən söylədi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
372 
Dəlilərim, mən gedirəm, gəlincə, 
Can kimi saxlayın bu Çənlibeli! 
Mən gedirəm xan Eyvazın dalınca, 
Can kimi saxlayın bu Çənlibeli. 
 
Dəli Həsən görsün dəlilər sanı, 
Yumuq Əhməd, sənə verrəm fərmanı, 
Gündə yeyin üç yüz şişlik biryanı,  
Can kimi saxlayın bu Çənlibeli. 
 
İstər orda mətləb gələ əlimə, 
İstərsə gəlməyə, gedəm ölümə, 
Tapşırığım budur hər bir dəlimə, 
Can kimi saxlayın bu Çənlibeli. 
 
Mənim başım sevdalıdır, qallıdır, 
Hər kimsənin vəzifəsi bəllidir, 
Sizə böyük bu gün İsaballıdır, 
Can kimi saxlayın bu Çənlibeli. 
Koroğlu tapşırıqlarını da bitirdi və dəlilərlə vidalaşıb Qıratı sürdü. 
Qırat sıldırım qayalardan sıçrayıb yel kimi Çənlibeldən uzaqlaşdı və o 
qədər  çəkmədi  ki,  Çənlibeldən  baxanların  gözündən  itdi.  Qırat  quş 
kimi uçurdu başı uca, il başabaş qarlı dağları arxada qoyurdu, daşqın 
çaylardan üzüb süvüşürdü. Gəlhagəl, günlərin birində bir kəndə çatdı. 
Koroğlu həm özü, həm də Qırat çox yorğunudu. Buna görə Koroğlu 
bir qapını döyüb orada dincəlmək  istədi. Bir qarı arvad qapını açdı. 
Koroğlu: “Bura kimin evidir” deyə, soruşduqda qarı dedi: 
– Bura mənim evimdir. Məndən başqa bir adam burada yaşamır. 
Koroğlu qarı arvada dedi:  
–Mən  bir  qərib  yolçuyam,  ac  və  yorğunam.  Bu  gecə  bu  evdə 
qonaq olmaq istəyirəm. 
Qarı cavab verdi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


meruts-o----meruts---lea.html

mervanler-hkmetinin.html

meryu-zakrili-vd---.html

merzhanian-a--a--c--k38-13.html

merzhanian-a--a--c--k38-2.html