1 ... 83 84 85 86 87 88 89 90 ... 96

Kulliyyat-14. esas doc - səhifə 87

səhifə87/96
tarix15.03.2018
ölçüsü2.82 Kb.

 
 
356 
Atlılarım, ata minin mərdana, 
Yollar boyu qatın tozu dumana, 
Hər yerdə yetişdiz o bazırqana, 
Var yoxunu alın, qapın gətirin. 
 
Bazərgana vermək olmaz macalı, 
Dolanın hər şəhəri, kəndi, mahalı, 
Salması, Mərəndi, Xoyu, Xalxalı, 
Ərdəbil, Sarabı çapın gətirin. 
 
At belində mərdi-mərdanə yatın, 
Yıxın obaları, bir-birə qatın, 
Səğiri, kəbiri qol-qola çatın, 
Qızıl-gümüşümü qapın gətirin.  
 
Koroğlu az qalır qüssədən yana, 
Dəlilərim, at çapırın hər yana, 
Araz kimi çaya, dağa, arana, 
Ondan bircə xəbər tapın gətirin. 
Koroğlu sazla dediyi kimi söz ilə dedi: 
–  Gərək  Aşıq  Cünun  tapıla.  Yoxsa  mənim  abırım  gedəcəkdir. 
Dəlilərdən  on  nəfər  yaraqlanıb  ata  mindilər  və  Çəmlibeldən  yol-
lanmaq istədikdə Koroğlu bir daha sazını götürüb dəlilərə xitabən 
başladı: 
At belinə çıxan, qoç dəlilərim, 
Sizdən böyük intizarım var mənim. 
Bir-birindən olan xoş dəlilərim, 
Cünun etdi məclisimi xar mənim. 
 
At çapın, axtarın bütün dünyanı, 
Təbriz, Qaradağı, Şəki, Şirvanı, 
Tez tapıb gətirin ondan nişanı, 
Gətirməsəz dünyam olur dar mənim, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
357 
Suya dönüb qumsal yerdə batsa da, 
Qubar olub buludlara çatsa da, 
Duman olub uca dağa yatsa da, 
Tapılmasa baş sizindir, dar mənim 
Koroğlu sözünə son qoyaraq onların getməsinə buyuruq verdi. Də-
lilər at belində Çəmlibeldən aşağı endilər və bazurganların getdigi yolu 
tutub at çapdılar. Tacirlərin karvanı uzaxlaşmışdısa, onlara yaxınlaşdı-
lar. Tacirlərdən biri dönüb dalıya baxdıqda gördü ki, arxada qoyduqları 
yolun  üstündə toz-duman  göyə  qalxır.  Göründüyünü tacirbaşıya  gös-
tərdi. Tacirbaşı bildi ki, gələnlər Koroğlunu atlılarıdır. Onlar Aşıq Cü-
nunu aparmağa gəlirlər. Buna görə Aşıq Cünunu bir sandıqda oturdub 
sandığı da yol qırağında bir çuxur yerdə gizlədərək aşığa dedilər: 
–Səsin çıxartma ki, Koroğlunun dəliləri gəlirlər!  
Karvan  yoluna  davam  etdi.  Dəlilər  çatıb  əllərindəki,  yaraqla-
rıyla  yüklərin  iplərini  kəsərək  yükləri  yolun  üstünə  dağıtdılar. 
Bütün bağlıları axtardılar. Amma, aşığı tapa bilmədilər.  
Tacirlərin heş biri dillənə bilmirdi. Tacirbaşı da yolun qırağında 
dizlərini  qucaqlayaraq  oturmuşdu.  Dəlilər  bütün  yükləri  axtardıq-
dan sonra dayanıb  bir birinin üzünə  baxmağa başladılar. Belə gö-
rən tacirbaşı irəli gəlib onlardan soruşdu: 
–Oğullarım nə axtarırsınız? 
Onlar dedilər: 
–Koroğlunun aşığı gecə ilə Çəmlibeldən qaçıbdır. Onu axtarırıq. 
Qoca tacir dedi: 
–Mənim  bir  balaca  xəbərim  vardır.  Əvvəlcə  soruşsaydız  mən 
deyərdim.  
Bunu eşidən dəlilər dedilər: 
–Biz belə bildik ki, sən onu öz matahların arasında gizlətmisən. 
İndi ki belə deyil, de görək ondan nə xəbərin var?  
Tacirbaşı başladı: 
–Biz  Çəmlibelin  qabağına  çatdıqda  bir  qoca  aşıq  qopuzu  da 
çiynində  olaraq  bu  yandan  Arzuluma  sarı  gedən  bir  atlıyla  danışırdı. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
358 
Biz  onların  yanından  keçib  bir  az  aralanmışdıq  ki,  mən  dönüb  geri 
baxdım. Qoca aşıq o atlının tərkinə minərək Arzuluma sarı yollandılar.  
Bunu eşidən dəlilərdən biri dedi:  
–Amma, biz bu sözü Koroğluya inandıra bilmərik. Bir qatır yükü 
bu matahlardan bizə ver. Biz onu Koroğluya aparıb inandıraq ki, biz 
qafiləyə çatdıq. Amma Aşıq Cünun o qafilədə deyildi.  
Tacirbaşı  qəbul  etməyə  məcbur  olub  bir  qatır  yükü  matahlardan 
onlara  verib  yola  saldı.  Dəlilər  Çəmlibelə  sarı  döndülər.  Tacirlər  də 
dağılan matahları yoldan yığıb dəvələrə və qatırlara yüklədilər. Aşıq 
Cununu  da  götürüb  yola  düştülər.  Tacirlər  gündə  iki  mənzil  yol 
gedirdilər. Nəhayət, bir gün Türkmən elinə çatdılar. Yükləri düşürüb, 
matahları bazarda satmaq istədilər. Türkmən cavanları qocaman aşığı 
tacirbaşının yanında gördükdə dedilər: 
–Tacirbaşı, bu gün bizim toy məclisimiz var. İcazə ver, bu aşıq 
bizim toyumuza gəlsin. Tacirbaşı dedi: 
–Mən  bu  aşığın  yolunda  çoxlu  zəhmət  çəkmişəm.  Çoxlu 
matahım talanıbdır. Hər kim  bunu toya aparmaq istəyirsə, mənim 
talanmış  matahlarımın  pulunu  ödəməlidir.  Bunu  eşidən  türkmən 
cavanları  tacirin  istədiyi  qədər  qızıl,  gümüş  verib,  aşığı  toya 
apardılar.  Toy  başlandı.  Qoca  aşıq  çögürü  götürüb  ayağa  qalxdı, 
onu kökləyib çalaraq sözə başladı: 
Mən Çəmlibeldən qaçmışam, 
Gəlmişəm Türkmən elinə. 
Çox dərə- dağdan aşmışam, 
Gəlmişəm Türkmən elinə. 
 
Türkmənin qoca- cavanı, 
Hamısı qeyrətin kanı, 
Yaxşı qurublar dövranı, 
Gəlmişəm Türkmən elinə. 
 
Cünunam, çalaram sazı, 
Heç vaxt deməm yalan sözü, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
359 
Bir edib gecə-gündüzü, 
Gəlmişəm Türkmən elinə. 
İndi Aşıq Cünun türkmən toylarında olsun çalmaqda-oxumaqda, 
görək  Çəmlibeldə  nə  xəbər  vardı.  Dəlilər  yükü  üstündə  bir  qatırla 
Çəmlibelə gəldilər. Aşıq Cünunun tacirlərlə getmədiyini söylədilər. 
Tacirbaşıdan eşitdiklərindən, yəni  bir qoca aşıq bir atlının tərkində 
Arzuluma  sarı  getdiyindən  söhbət  saldılar.  Bu  sözləri  eşidən 
Koroğlunun  rəngi  qaraldı.  Acığından  dinə  bilmədi.  Bir  az  uzanıb 
yatdıqdan sonra onu tapmamış qayıdan dəlilərə xitabən dedi: 
Getdi daha adın-sanın, Koroğlu, 
Bundan sonra gör dövranın necə olur?! 
On nəfər nadana tapşırdım işi, 
Peşman oldum, daha başım gic olur. 
 
Yerimi-yurdumu tapacaq əğyar, 
Gizli sirrim daha olacaq aşkar, 
Buna görə oldum canımdan bezar, 
İşıqlı gündüzüm qara gecə olur. 
 
Hər adamda namus olmaz, ar olmaz, 
Seçilə, tanına yaxşı ilə yaman, 
Cunun gedib sirrini etsə əyan, 
Biləcəksiz gələn necə yaxşıdır. 
Koroğlu sözünün sonunda əlavə elədi ki, keçən qırx ildə heş kim 
Çəmlibeldə xəbər bilməmişdir. Dünya üzündə alınmaz bir qala kimi 
tanınan Çəmlibel Aşıq Cünun getməsi ilə açılmış və hamıya tanın-
mış kimidir. Aşıq Cünun oba-oba, oymaq-oymaq dolanaraq Çəmli-
beldə  nə  vardı,  kimlər  yaşayırlar,  hətta  say-hesabımızı  da  hamıya 
bildirəcəkdir.  Bundan  bu  yana  paşalar  və  sultanların  əlindən  dinc 
nəfəs çəkmək bizə çətin olacaq. Bu sözü eşidən dəlilər başa düştülər 
ki, Aşıq Cünunun getməsi neçəyə başa gələcəkdir. Buna görə Dəli 
Həsən, İsballı və neçə nəfər ayrisi ayağa qalxıf dedilər: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


merzhanian-a--a--c--k38-7.html

merzimi---akcionerlik.html

merzmd-basilim--tarihi.html

merzmd-rekett-kutterd.html

mes-bulletins---en-lycee-2.html