1 ... 88 89 90 91 92 93 94 95 96

Kulliyyat-14. esas doc - səhifə 94

səhifə94/96
tarix15.03.2018
ölçüsü2.82 Kb.

 
 
385 
Meydana girəndə özün itirməz, 
Yad olanı öz belində götürməz, 
Qabağında olan duruş gətirməz, 
On iki min adı bəlli, Qıratım. 
 
Döyüş meydanında şahinü-şəhbaz, 
Dəryalar üstündə edən taxtü–tac, 
Hər döyüşdə məni edən sərəfraz, 
Ağ zini yaşıllı, allı, Qıratım. 
Söz  başa  çatdı.  Onları  yola  salan  türkmənlər  hər  ikisini  öpüb 
yola  saldılar.  Onlar  neçə  gün  yol  gəldilər.  Nəhayət,  Çənlibelə 
yaxınlaşdılar. İsaballı gözətçilərə tapşırmışdı ki, hər vaxt Koroğlu-
nun  gəlməyini  gördülər,  xəbər  versinlər.  Buna  əsasən  bir  gün 
dəlilərdən biri İsaballının yanına gəlib dedi: 
–İki atlı Çənlibelə sarı at çapırlar. Şübhəsiz ki, biri Koroğludur.  
Dəlilər onlar gələn tərəfə baxdılar. Atların ayağı altından qovzanan 
toz  buludlara  qalxırdı.  O  atların  birinin  Qırat  olmasına  söz  yoxudu. 
İsaballının əmriylə neçə qurbanlıq hazırlandı və onlar gəlib çatan kimi 
qurbanlıqlar kəsildi. Eyvazla Koroğlu hələ atdan yerə enməmişdilər ki, 
Eyvaz dəlilərə göz gəzdirdikdə Koroğlu soruşdu: 
–Eyvaz, kimi axtarırsan? 
Eyvaz dedi: 
–İstəyirəm görəm Koroğlu bunların hansıdır? 
Bu sözü eşidən Koroğlu sazı çıxarıb bağrına basdı və at üstündə 
olaraq Eyvaza xitabən söylədi:  
Başına dolanım, əziz Eyvazım! 
Koroğlu deyirlər, oğul, mənəm, mən. 
Dəlilərin başçısıyam mən özüm, 
Koroğlu deyirlər, oğul, mənəm, mən. 
 
Sizin eldə yalan satdım özümə, 
İndi şərməndəlik gəlir gözümə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
386 
İndi inan bu həqiqət sözümə, 
Koroğlu deyirlər, oğul, mənəm, mən. 
 
Orda söyləmədim, dedim, bilməzsən, 
Mənimlə yollarda deyib gülməzsən, 
Türkməndən Çənlibelə gəlməzsən, 
Koroğlu deyirlər, oğul, mənəm, mən. 
 
Koroğlunun çatıb əlliyə yaşı, 
Xanlar, paşalarla edər savaşı, 
Səni eyləyərəm dəlilər başı, 
Koroğlu deyirlər, oğul, mənəm, mən. 
Koroğlu sözünü bitirər-bitirməz dəlilərin davranışından Eyvaza 
aşığın  Koroğlu  olması  bəlli  oldu.  Nəhayət,  atlardan  enib  dəlilərlə 
öpüşüb görüşdülər. Nigar xanım Eyvazı öz yaxasından keçirtdi. O 
gündən Eyvaz Koroğluyla Nigarın oğlu sayılırdı.  
 

 


 

 


 


 


 


 


 


 


 


 


PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
387 

SÖZLÜK


 
 
Abi-kövsər – cənnət suyu 
Aqibəte-kar – işin nəticəsi, aqibəti 
Amadə – hazır  
Arameş – sakitlik, rahatlıq 
Arzumənd –arzu, istək 
Asiman –göy, səma 
Aşina – tanış, dost 
Atəşi tuzağ – cəhənnəm odu 
Anvəxt – o vaxt 
Ahəngər – dəmirçi 
Azadşode – azad olmuş 
Aya – sual ədatı (mı
4

Axiyə – atı bağlamaq üçün dirək
 
Bac – vergi, rüsum 
Badi-sərsər –soyuq külək  
Bak – qorxu, xof  
Barbənd – yük ipləri, yol kəməri 
Barxanə – yük yeri 
Bavər – inam 
Baala – uca, yüksək 
Ba delo-can – can-dildən 
Bakəmali – mükəmməl, tamamilə 
Barat – yük 
Bazərqan – tacir 
Bexatere – ...... görə, üçün 
Beqavle  qədimian  –  keçmiş 
insanların deyiminə görə 
Bezən-bekub-berəqs  –  eyş-işrıt 
məclisi, şənlik 
Beçeşm – göz üstə 
Benami – adlı 
Beyinnən  aparmaq  –  aradan 
aparmaq, məhv etmək 
Beytərin, behtərin – ən yaxşı 
Bəd – pis 
Bədşəkil – pis görünüşlü 
Bədtər – daha pis 
Bədov – yaman, yüyrək 
Bədrux – pis üzlü 
Bədqıyafa – pis geyimli 
Bəəd – sonra 
Bəəd əz – sonradan 
Bəəd əz in – bundan sonra 
Bədpəsənd  –  bəyənilməyən,  pis 
bəyənilən 
Bəldə – qəsəbə 
Bənaən – əsasən, başlanğıc 
Bəna-bina - başlanğıc 
Bəsat – toy-büsat 
Bərdə – qul, kölə, əsir 
Bərainke – buna görə 
Bələtəm – bilirəm 
Bərzəx  –  boyun,  bərzəx,  hədd, 
sərhəd 
Bihud, bixud – əbəs, nahaq yerə 
Bimiqdar – azca 
Biryanı – kabab, qızartma 
Bimaliyət – faydasız 
Biistilah – şərhsiz, burada: şərtsiz 
Bica – yersiz 
Biruza – açıq, aydın 
Biləxir – nəhayət 
Bilafasilə – fasiləsiz, sürətli, iti 
Bibak – qorxusuz 
Bimar – xəstə 
Bünyad – əsas, təməl 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

 
 
388 
Cabəca – yerbəyer 
Cadda –yol  
Calalana – parlama, parıltı, şüa 
Car – səs, çağırma 
Cəbə – səbət, qutu 
Cədəl – mübahisə, qalmaqal, dava 
Cəlal – böyüklük, ululuq, şöhrət 
Cələsə –toplantı, məclis 
Cəng – vuruş, döyüş  
Cəngəl – meşə  
Cəngi-cədəl  –  müharibə,  dava, 
qalmaqal  
Cəngi-zərqərə  –  farsca  deyim, 
mənası sözlə savaş  
Cərahəti – yara 
Cəri – dəliqanlı, cürətli 
Cəşn – qonaqlıq, şənlik, bayram 
Cida – mizraq, süngü 
Cisr – bərə 
Cisrban – bərə sahibi 
Cilogirluq – qarşısını alma 
Cirə – yemək, pay  
Civar – ətraf, hədd 
 Cuya –axtaran 
 Cüda – ayrı 
Çahar – dörd  
Çadur pa – çadır gözətçisi 
Çaar-cada – dörd yol 
Çəp – sol  
Çənd – neçə 
Çəp-rast – çarpaz, sol-sağ 
Çıqqa – bir az 
Çillə – burada: qırx gün 
Çərəkə –dorddə bir 
Çərm  –  gön,  işlənmiş  dəri, 
burada yüyəndəki dəri 
Çərxəki – fırlanma 
Çərğət – baş örtüyü 
Çəşm – göz 
Çoxdanə – çox bilmiş  
Çinançe – belə ki  
Damən, damənə, dəmanə – ətək, 
dağın ətəyi 
Danə nişan – naxışlanmış 
Dari-dünya – dünya evi 
Daqqul -bəb – qapını döymə  
Davtələb – könüllü 
Dərhəm-bərhəm-qarmaqarışıq  
Dəxül-bab – qapını döymə 
Dərce-dəhan – yerləşdirmə  
Dərxast – istək 
Dərvağe – gerçəkdə, əslində 
Dəstgir – tutuqlama, ələ keçir-mə 
Dəst – əl 
Dəstur – əmir, fərman, göstəriş 
Dərxast – xahiş 
Dərhəm-bərhəm 
– 
qarışıq, 
nizamsızlıq 
Dərbənd – dağ keçidi  
Did  –  bazdid  edüb  –  gözdən 
keçirib, görüşüb 
Didar – görüş, burada: gözləyə-
gözləyə 
Didargah – ziyarət yeri, görüş yeri 
Didban – qarovul, keşikçi 
Dide – göz  
Didə ruzkar – yer üzü 
Didəbanı – gözətçisi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mesa-8-economa-social-y.html

mesa-rodondu---a-1-con---2.html

mesaj---kr-keskine.html

mesaj---slm-butn.html

mesaj-elnare.html