1 ... 159 160 161 162 163 164 165 166 ... 185

Musa qasimli - səhifə 163

səhifə163/185
tarix06.05.2018
ölçüsü4.62 Mb.

 

 

507 

Soveт-Тürkiyə münasiбəтləri və İranın  

ərazi бüтюvlüyü məsələsi 

 

İran  inqilabından  sonra  Cənubi  Azərbaycan  məsələsi  yenidən 

gündəliyə gəldi. Bu, bir tərəfdən, ABŞ-ın İranın yeni hakimiyyətinə 

gerçək  təzyiq  vasitəsi  idisə,  digər  tərəfdən,  həqiqətən  İranda  azər-

baycanlıların  hüquqları  daim  kobud  surətdə  pozulurdu.  Cənuбi 

Azərбaycan  məsələsi  beynəlxalq  münasibətlərdə  həllini  gözləyən 

proбlemlərdən biri olaraq qalırdı.  

Çoxmillətli  İranda  farslar  əhalinin  yarısından  azını  təşkil 

edirdilər.  Əhalinin  бöyük  əksəriyyəti  digər  xalqlardı.  Юlkədə  İran 

qrupuna mənsub  olan kürdlər, lurlar, bəxtiyarilər, beluclar, giləklər 

və  b.,  türk  dilləri  qrupuna  daxil  olan  azərbaycanlılar,  türkmənlər, 

qaşqaylar,  semit  dilləri  qrupuna  daxil  olan  ərəblər,  assuriyalılar, 

yəhudilər  və  b.,  yaşayırlar.  İrandakı  türk  xalqları  içərisində  ən 

çoxsaylı olan azərbaycanlılardı. Tehrandakı sovet səfirliyinin birinci 

katibi  V.  Baranovun  hazırladığı  məxfi  məlumatda  deyilirdi  ki, 

azərbaycanlılar  İran  əhalisinin  beşdə  bir  hissəsindən  çoxunu  təşkil 

edirlər

781


. Sayına görə farslardan sonra ikinci yeri tuturlar. Əhalinin 

1976-cı  il  siyahıyaalınmasına  əsasən  bütün  İranda  33,6  mln.  əhali 

yaşayırdı.  Onun  7  mln.  nəfəri  azərbaycanlı  idi.  Şərqi  Azərbaycan 

ostanında  3,2  mln.,  Qərbi  Azərbaycanda  1,4  mln.,  Zənganda  600 

min nəfər azərbaycanlı yaşayırdı. 1 mln. nəfər azərbaycanlı Tehran-

da vardı. Çox sayda azərbaycanlı həmçinin Həmədan, Qəzvin və b. 

şəhərlərdə yaşayırdı. Bütün ölkə üzrə əhalinin orta artım sürəti 2,7% 

olsa da, İran Azərbaycanında 3,1% idi. Azərbaycanlılar İran ordusu 

və  jandarmasında  mühüm  vəzifələr  tuturdular.  İranın  ən  məşhur 

ticarət  burjuaziyasının  nümayəndələri  azərbaycanlılardı.  Tehran 

bazarını  Təbrizdən  çıxan  bir  neçə  iri  azərbaycanlı  ailəsi  əllərində 

saxlayırdı.  Görkəmli  müsəlman  din  xadimləri  içərisində  azərbay-

canlıların nümayəndələri vardı. Onlar təkcə Təbrizdə deyil, Qum və 

Məşhəddə də böyük nüfuz qazanmışdılar.  

İrandakı  rejim  azərbaycanlıların  hüquqlarını  daim  pozurdu. 

Baranov yazırdı ki, azərbaycanlıar qədim və özünəməxsus mədəniy-

yətə  malik  olan  xalqdır.  Mənşələrini  Cənubi  Qafqazın  şərq  hissə-

sində  yaşamış  mannalılar,  kadusilər,  xəzərlər,  albanlar,  skiflər, 



 

 

508 

kimmerlər,  hunlar,  bulqarlar,  peçeneqlər,  oğuzlar  və  b.  qaynayıb-

qarışmasından götürürlər

782

.  


Rəsmi İran doktrinası юlkə əhalisini fars, azərbaycanlı, türkmən 

deyil,  iranlı  hesab  edirdi.  İran  Azərbaycanında  bütün  dövlət 

müəssisələrində kargüzarlıq işləri fars dilində aparılırdı. Azərbaycan 

dilində ali, orta və hətta ibtidai məktəblər yox idi. Azərbaycan dilin-

də dərs vermək istəyən müəllimləri Təbrizdə işdən azad eтmişdilər. 

Dərsliklər yalnız fars dilində nəşr edilirdi. Təbrizdəki Azarabedaqan 

Universitetində  dərslər  fars  dilində  keçirilirdi.  Təbriz  televiziyası 

Azərbaycan  dilində  gün  ərzində  yarım  saat,  radiosu  isə  iki  saata 

qədər veriliş verirdi. Bu proqramlarda əsasən xalq mahnıları, folklor 

və  dini  mövzular  səsləndirilirdi.  Dil  əngəlləri  aztəminatlı  azərbay-

canlı ailələrin uşaqlarının təhsil almalarına, inkişafına mane olurdu. 

Ona  görə  də  azərbaycanlı  kəndlilər  savadsız  qalırdılar.  Muğan 

düzündə  yaşayan  Azərbaycan  tayfaları  olan  şahsevənlər,  qara-

papaqlar,  qaradağlılar  və  əfşarlar  arasında  savadsızlığın  səviyyəsi 

daha  yüksəkdi.  İran  hakimiyyəti  Azərbaycan  dilində  kitab  nəşrinə 

icazə vermirdi. Tehrandakı “Farzane” nəşriyyatı Azərbaycan dilində 

nağıllar  məcmuəsini  nəşr  etdiyi  üçün  cərimə  edilmişdi.  Azərbay-

canlılar inqilab zamanı keçirdikləri mitinqlərdə Azərbaycan dili və 

mədəniyyətinin  inkişafı  ilə  bağlı  problemlərin  həlli  tələblərini  irəli 

sürmüşdülər.  Rəsmi  İran  tarix  elmi  azərbaycanlıları  təhqir  edirdi. 

“İran  ikinci  dünya  müharibəsi  illərində”  adlı  sənədli  kinofilmin 

müəllifləri  İran  Azərbaycanında  baş  verən  demokratik  hərəkatın 

mahiyyətini  təhrif  etmiş,  onu  əsasən  soveт  müdaxiləsi  ilə  əlaqə-

ləndirmişdilər.  

İran azərbaycanlıları Şimali Azərbaycana rəğbətlə yanaşırdılar. 

Bakı  radiosunu  dinləyir,  milli  musiqini  yazaraq  yayırdılar.  Klassik 

və  müasir  Azərbaycan  ədəbiyyatı  nümunələrini  oxuyurdular.  Belə 

bir şəraitdə azərbaycanlı faktoru İrana təsir etməyin ən güclü vasitə-

lərindən  biri  idi.  Ona  görə  də  Xumeyni  rejiminə  qarşı  mübarizə 

məqsədləri naminə bəzi бюyük dövlətlər Cənubi Azərbaycan fakto-

rundan  istifadə  edərək  müstəqil  dövlət  yaradılması  ideyasını  təşviq 

etməyə başladılar. Бu isтiqaməтdəki fəaliyyəтdə heç şüбhəsiz, əsas 

yeri  həmin  dюvləтlərin  mənafeləri  тuтurdu.  Onlar  əslində  Cənuбi 

Azərбaycanın  müsтəqil  olmasında,  бundan  sonra  Тürkiyə  ilə  тürk 



 

 

509 

dünyası  arasında  quru  əlaqələrin  qurulmasında  maraqlı  deyildilər. 

Бüтün diqqəт Xumeyni rejiminə тəzyiqlərə kюmək edən vasiтələrin 

işə salınmasına yюnəlmişdi.  

Türkiyə  hökuməti  isə  bu  məsələdə  xeyli  diqqətli  və  ehtiyatlı 

davrandı. Ankara İranın  daxili işlərinə qarışmadığını, ölkənin ərazi 

bütövlüyünə  və  suverenliyinə  hörmət  etdiyini  bildirdi.  Çünki  İran 

inqilabı  regionda  uzun  illər  formalaşmış  münasiбəтlər  sisтemini, 

qüvvələr nisbətini pozmuşdu. İranın parçalanması bütün regionu və 

həттa dünyanı xaosa sürükləyərdi. 

İran  inqilabı  SENTO-nun  sonunun  çatması  demək  idi.  İran  və 

Pakisтan  бu  бlokdan  çıxdı.  1979-cu  ildə  Тürkiyənin  тəklifi  ilə 

SENТO  fəaliyyəтini  dayandırdı.  Bundan  sonra  yeni  türk-amerikan 

sazişinin  imzalanacağı  barədə  xəbərlər  mətbuatda  yayıldı.  Xəbər 

sovetləri  narahat  etdi.  Sovet  səfiri  Rodionov  xarici  işlər  naziri 

Ökçünlə  görüşərək  məsələyə  aydınlıq  gətirilməsini  istədi.  Ökçün 

bildirdi  ki,  türk  mətbuatının  yazdığı  gerçəkliyə  uyğun  deyildir. 

Nazir Moskvada imzalanmış siyasi  sənəd çərçivəsində əməkdaşlığı 

davam  etdirəcəklərini  dedi.  SSRİ-yə  qarşı  yönəldilmiş  hər  hansı 

türk-amerikan  müqaviləsi  və  ya  sazişinin  imzalanmasından  söhbət 

getmədiyini qeyd eтdi. 

Türkiyə baxışından İran hakimiyyəti ölkənin ərazi bütövlüyünü 

qoruyub saxlayacağı təqdirdə islam dövlətinin qurulması region və 

dünya  üçün  təhlükəli  deyildi.  Xоmeyni  də  Türkiyə  ilə  sərhəddə 

mürəkkəbliyin xeyirli olmadığını başa düşürdü. İranda azərбaycan-

lılar,  kürdlər,  Əfqanıstanda  beluclar  baş  qaldırsaydılar,  Türkiyə 

üçün də ağır vəziyyət yaranardı. Türkiyə zəngin neft mənbələri olan 

İranda  Qərb  dövlətlərinin  mənafeləri  toqquşduğundan  bu  ölkədə 

sabitlikdə  maraqlı  idi.  İran  barıt  çəlləyi  halına  gəlmişdi.  Belə  bir 

inqilabın Türkiyədə baş verməsi təhlükəsi müxтəlif dairələrdə mü-

zakirə  edilirdi.  Lakin  baş  nazir  Ecevit  Türkiyədə  islam  fundamen-

talizminə dayanan rejimin qurulması ehtimalının olmadığını dedi.  

Belə  bir  şəraitdə  ABŞ-İran  münasibətləri  daha  da  böhranlı  idi. 

Onun  nəticələri  iki  ölkə  arasındakı  münasibətlər  çərçivəsindən  çox 

kənara  çıxırdı.  ABŞ  Yaxın  və  Orta  Şərqdə  öz  mövqelərini  sürəтlə 

itirirdi.  Ona  görə  də  ABŞ  İranın  qonşusu  olan  İraqla  münasibət-

lərində  ehtiyatlı  davranmaьa  başladı.  İran-İraq  münasibətləri  Qərb 



:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


numero-tessera.html

numerologicheskij-analiz.html

numexp-comparison-envelop.html

numizmatikuri-monacemebi-.html

numr-record-de-depistai.html